qemgin hekayee imza elmar
AsseT
1 Apr 2014 / 15:07
Cox qemli hekaye mutleq oxuyun sona qeder oxumaga deyer
Bir gün men dükanların birində alış-veriş
edirdim. Birdən bir uşağın kassanın
önündə dayanıb satıcı ilə söhbətinin
şahidi oldum.
- "Əzizim, sənin bu kuklanı almağa pulun çatmır" - satıcı uşağa deyirdi. Uşaq isə boynunu
büküb yenidən pulunu
əlində saymağa başladı. Mən kassaya
yaxınlaşanda, "Xala, siz də
düşünürsünüzki mənim bu kuklanı
almağa pulum çatmır?" - deyə məndən soruşdu.. Mən onun pulunu saydım və kuklanın
qiymətinə baxıb, "Bəli əzizim,
sənin bu kuklanı almağa pulun çatmır"
dedim. Uşaq hələ də kuklanı əlində tutub
dayanmışdı. Mən alış-veriş edib
dükandan çıxmaq istəyəndə yenidən ona yaxınlaşdım. "Sən bunu kimə almaq istəyirsən?" deyə
soruşdum..
-"Mənim bacım bu kuklanı çox sevir.
İsteyirem onun ad gününə bunu hədiyyə
edim..Kuklanı anama vermək istəyirəmki
o bu kuklanı bacıma versin." Bir qədər susdu.. Onun gözləri çox qəmgin idi.. və birdən o
yenidən mənə danışmağa
başladı.."Mənim bacım Allahın yanına
gedib.Mənə atam belə dedi. Atam dediki
anam da birazdan gedəcək Allahın
yanına. Mən də düşündümki bəlkə anam bacıma bu kuklanı apara bilər." Mənim ürəyim birdən
sanki dayanmağa başladı..
Balaca oğlan mənə baxıb: "Mən atama
dedimki, qoyma anam mən gələnə kimi
harasa getsin." Sonra o mənə bir şəkil
görsətdi. Orda bütün ailəsi var idi. Hamısı çox xoşbəxt görünürdü. "Mən istəyirəmki anam bu
şəkili bacıma aparsın. İstəmirəm
ki, bacım məni unutsun.Əslində mən
istəmirəmki anam məni burda tək qoysun.
Amma atam deyirki o bacımın yanına
getməlidir." - deyib yenidən qəmgin gözləri ilə kuklaya baxdı. Mən tez uşağa baxıb " Gəl
sənin pulu təzədən sayaq.
Bəlkə səhv saymışıq?" - dedim. "HƏ! Mən
də düşünürəmki mənim pulum çatır bunu
almağa" - uşaq sevinclə dedi. Gizlincə pul
kisəmdən pul götürüb onun puluna əlavə edib, yenidən pulunu sayıb "Şirinim, sənin pulun bu
kuklanı almağa çatırmış.
Biz səhv saymışıq.Bağışl a məni!"-dedim.
Kuklanı almağa pul kifayət edirdi hələ bir
qədər də artıq qalırdı. Məni çox kövrəldən
bu uşaq göyə baxıb "Çox sağol Allahım! Çox sağolki sən mənə pul
verdin, Allahım. Pul verdinki mən
bacıma bu kuklanı ala bilim. Çox sağol
Allahım"
Bu sözləri dedikdən sonra mənə baxıb
əlavə etdi: "Mən dünən gecə yatmamışdan qabaq Allaha yalvardımki mənə pul versinki mən
bacıma bu kuklanı ala bilim.
Allah məni eşitdi! Həm də mən
istəyirdimki biraz pulum qalsınki anama
1 qızıl gül ala bilim. Anamın ağ qızıl
güldən çox xoşu gəlir.Amma mən Allaha bu haqda heçnə demədim. Amma o mənə yetərincə
pul verdiki mən həm də gül ala
bilim".
Bəzən insanların həyatında elə anlar
olurki, insanın özü və həyata baxışı 180
dərəcə dəyişir!
[cavab]
zekow
1 Apr 2014 / 21:22
bu hekayeni oxumuwdum chox tesirlidi :'(
[cavab]
Bölmeye qayıt