haqSiZliqA ugRadighni duwunMek (memo)

pol Memo 28 Okt 2012 / 04:39
Allahın ədalətini, inanan qulları
üzərindəki mərhəmətini, eyni
şəkildə mömin əxlaqındakı
gözəllikləri lazımı kimi
qavramayan kəslər, bir
xəbərdarlıqla qarşılaşdıqlarında,
bunu özlərinə qarşı haqsızlıq
hesab edirlər. Xəbərdarlıq edən
kəslərin, heç bir mənfəət
axtarmadan, yalnız qarşı tərəfin
dünya və axirət həyatını
gözəlləşdirmək üçün səmimi səy
göstərdiklərini görə bilmirlər.
Allahın, "Onlar cahiliyyə
(dövrünün) hökmünümü
istəyirlər? Qəti inanan bir camaat
üçün Allahdan daha yaxşı hökm
verən kim ola bilər?" (Maidə
Surəsi,50)
Cahiliyyə cəmiyyətində insanlar
bir-birlərinə qarşı üstünlük
göstərmək, qarşı tərəfin mənfi
xüsusiyyətlərini tapıb onu
hörmətdən salmaq və onları pərt
etmək məqsədiylə tənqid edirlər.
Bu düşüncəyə görə tənqid,məhz
qarşı tərəfin etdiyi bu cəhdi
bəyənməmək, davranışlarını
təsdiq etməmək üçün istifadə
edilir; məqsəd mövzunu həll
etmək, ya da qarşı tərəfin
əskiklərini düzəltmək , onu daha
yaxşı olana yönəltmək və sonsuz
axirət həyatını qazanması üçün
vəsilə olmağa çalışmaq deyil. Bu
səbəblə hadisələri Qurana uyğun
deyil, cahiliyyə sistemiylə
qiymətləndirən səmimiyyətsiz
kəslər də özlərinə təqdim edilən
gözəlliyi öz əleyhlərində kimi
qəbul edirlər.
Qurana uyğun davranmayan bu
kəslər, nəfslərinə zidd olan
hadisələrlə qarşılaşdıqlarında,
ümumiyyətlə haqsızlığa
uğradıldıqlarını düşünür, çox
vaxt da özlərinə xəbərdarlıq edən
adama onu incidəcək sözlər
söyləyir, hirslənir, küsür və soyuq
münasibət göstərirlər. Ancaq
bilmək lazımdır ki, bu
davranışlarının heç biri Quran
əxlaqına uyğun deyil. Hər şeydən
əvvəl insanların üzərində Allahın
mütləq ədaləti təcəlli edir. Və
Allah, "Həqiqətən, Allah zərrə
qədər də olsa zülm etməz. Əgər
(qulun gördüyü iş) yaxşı əməl
olarsa, (Allah) bunu artırır və Öz
tərəfindən böyük mükafat
verər.." (Nisa Surəsi, 40) ayəsiylə,
heç kimin haqsızlığa
uğramayacağını bildirir. Mömin
insan, hər zaman Allahın
ədalətinin təcəlli edəcəyindən
əmin olur, bu səbəblə təvəkküllü
və sakit ruh halına səbəb olur.
Allaha iman etdiklərini
söylədikləri halda, Onun ədalətini
və gücünü unudanlar isə,
haqsızlığa uğradıqlarını
düşünərək davamlı sıxıntılı və
gərgin həyat yaşayırlar.

red. Memo (28.10 /04:41)

[cavab]

pol Bluffmaster 28 Okt 2012 / 11:52
baci cox gozel yazmisan...ama caliw ki fikri qisa ve lori dilinde yaz ki.. inanki tesiri boyuk olsun. seni destekleyirem
red. Bluffmaster (28.10 /11:53)

[cavab]

pol serce 28 Okt 2012 / 12:32
xanim cox gozel qeyd etmisiz.bucur movzularla insanlarin gozunu acmaq lazimdir.size ugurlar...

[cavab]

pol dilek2 28 Okt 2012 / 13:13
Cox beyemdim, cox sagol.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1565 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az