..::Niyə 12-ci imamın adını çəkəndə ayağa qalxıb salavat çevirirlər?::..

pol aze 31 Mart 2014 / 07:13
Qeyd edək ki, müqəddəslərin adını
çəkəndə ayağa qalxmaq hörmət
əlaməti sayılır. Ona görə Yasin
surəsinin əvvəlindəki “Ya-Sin”
kəlməsini oxuyanda, bu kəlmənin
Peyğəmbərə aidliyini nəzərə
alaraq, ayağa qalxıb salavat
çevirmək müstəhəb bilinib. Lakin
12-ci İmamın adından sonra ayağa
qalxmaq və salavat çevirmək şiələr
arasında daha geniş yayılıb. Özü
də İmamın bütün ad və ləqəblərini
deyil, “Qaim” ləqəbini deyəndən
sonra ayağa qalxırlar. “Qaim”
“ayağa qalxan, qiyam edən”
mənasını verir. Burada İmamın
zühur etdikdən sonra haqqı
dirçəldib, batili məhv etmək üçün
qiyam qaldıracağına, Allahın
düşmənləri ilə döyüşəcəyinə işarə
vardır. Müsəlmanlar bu adı
deyəndə və ya eşidəndə ayağa
qalxmaqla sanki bildirmək
istəyirlər ki, biz də bu qiyama
hazırıq. Biz də hər an İmamın
qiyamını gözləyirik. Özü də əlimizi-
əlimizi n üzərinə qoyub oturmaqla
yox, hazır şəkildə ayağa
qalxmaqla. Biz ayaq üstəyik, İmam
nə buyursa etməyə, hara desə
getməyə hazırıq. Yəni hər an haqqı
müdafiə etmək, haqq uğrunda
savaşmaq, hətta canımızı da bu
yolda vermək əzmindəyik.

[cavab]

pol ____SERAP____ 31 Mart 2014 / 09:49
aze, Allah razı olsun ! Tşk Şöşü

[cavab]

pol kazanova 31 Mart 2014 / 10:52
Ela

[cavab]

pol zekow 31 Mart 2014 / 11:31
Allah razi olsun.

[cavab]

pol NARDARANLI 31 Mart 2014 / 12:38
Allah razi olsun

[cavab]

pol **K_I_L_L_E_R** 31 Mart 2014 / 14:40
Allah razi olsun bilirdim ama melumata gore cox saqol

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1892 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az