Tesirlh hekayedi
Diego
27 Okt 2012 / 19:24
Mənim mələk balam.
Yaşlı adam, bir küçədə ağır-ağır
addımlarla gedir, hərdənbir istirahət
edib təkrar irəliləyirdi.Gənclik
illərində tamamilə düz zənn etdiyi
bu yolun yüngül bir yoxuş olduğunu
son illərdə anlamış, qocalığı buna
görə qəbul etmişdi.
Qoca bir az sonra birdən dayandı.
Gözləri, bir əlil arabasını yuxarıya
doğru itələməyə çalışan kiçik bir
qıza sataşmışdı.Yaşlı adama görə, əlil
arabasının boş olması lazım idi.
Amma yaxına gedincə çaşdı, qaldı...
Arabada, iflic olduğu aydın olan və
heç tərpənmədən dayanan bir kişi
vardı.Yaşlı adam, kiçik qızla
danışmağa başladı. Arabada oturan,
qızın atası idi. Anası ilə birlikdə onu
gəzdirərkən, qadının bir anda halı
pisləşmiş, tələsik ən yaxın
əczaxanaya qaçmışdı. Atası da
əlbəttə, kiçik qıza qalmışdı.
Qoca adam, qızın hələ arabanı
itələdiyini görüncə:
- "Mənim mələk balam!" deyə
deyindi.. Sənin gücün onu itələməyə
çatmaz!
Kiçik qız:
- Bunu mən də bilirəm!. deyə atıldı.
Amma atam üçün, bir şeylər
etməliyəm.
- Yaxşı, dedi qoca. Madam ki bilirsən,
o zaman itələmə!
Kiçik qız:
- Atam üçün bir şey etməliyəm, deyə
təkrarladı. Onun arabasını itələyə
bilməsəm də, ən azından geriyə
doğru sürüşməsini əngəlləyirəm..
Yaşlı kişinin gözləri yaşardı və hələ
də arabanı itələməyə çalışan
balacaya baxıb öz özünə sakitcə dedi
"Mənim mələk balam.."
[cavab]
*nazli*
27 Okt 2012 / 20:56
Diego,heqiqeten decox tesirli hekayedir
[cavab]
selim
27 Okt 2012 / 21:05
Diego,superdu
[cavab]
ilawka51
27 Okt 2012 / 21:12
superdi
[cavab]
Bölmeye qayıt
0.1721 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az