..Soz tapmadim..
Ayla
28 Mart 2014 / 02:56
Hava limanının gözləmə salonunda, gənc bir
qadın təyyarəsinə minmək üçün gözləyirdi.
Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından
zaman keçirmək üçün bir kitab və bir paket kiçik
peçenye satın aldı. İstirahət etmək və kitabını
oxumaq üçün VIP salonunda bir kresloda
əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı
kresloya bir adam oturdu, jurnalını açıb
oxumağa başladı. Gənc qadın ilk peçenyeni
götürdü. Adam da bir dənə götürdü. Qadın
özünü çox narahat hiss etdi.Qadın hər peçenye
götürdükçə, adam da bir dənə götürürdü. Dəli
olacaq kimi idi qadın amma hadisə çıxarmaq
istəmirdi. Nəhayət son peçenye qalanda qadın:
“ Bu həyasız adam indi nə edəcək?” deyə
düşündü. Adam son peçenyeni götürdü, onu
ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu
qədəri də çoxdu! Çox hirslənmişdi indi. Qadın
əsəbi halda kitabını və digər şeylərini götürüb
bir külək kimi giriş salonuna oradan da
təyyarənin içinə yönəldi. Təyyarədəki kreslosuna
oturdu. Eynəyini götürmək üçün çantasını açdı.
Nə görsün? Peçenye paketi açılmamış olaraq
orada dayanırdı. Çox utandı. Çox böyük bir səhv
etdiyini anladı. Peçenyelərinin paketini açmadan
çantasına qoyduğunu unutmuşdu. Adam öz
peçenyelərini, heç əsəbiləşmədən, qadınla
paylaşmışdı. Qadın öz peçenyelərinin
paylaşıldığını düşünərək çox əsəbləşmişdi. Və
indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr
istəmə imkanı da qalmamışdı.
Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var
— Daş atıldıqdan sonra!
— Söz ağızdan çıxdıqdan sonra!
— Fürsət qaçdıqdan sonra!
— Zaman keçdikdən sonra!
[cavab]
ismet
28 Mart 2014 / 02:59
Amma gerey orda deyeydi Hecolmasa tanış olardilar
[cavab]
TENHA_MEZAR
28 Mart 2014 / 03:02
[cavab]
***EmiL***
28 Mart 2014 / 03:03
ellerine sagliq ..
[cavab]
*ROM@NTIK_AWK*
28 Mart 2014 / 03:04
..
..
[cavab]
TENHA_MEZAR
28 Mart 2014 / 03:08
Cox gozel hekayedi
[cavab]
TeNhA_MeLeK
28 Mart 2014 / 03:15
Superdi super. Kopi eden ellerin var olsun :)))
[cavab]
zekow
28 Mart 2014 / 03:18
men oxumuwdum bu hekayeni chox xowum gelir
[cavab]
Ayla
28 Mart 2014 / 03:25
tewekkurler)
[cavab]
Ayla
28 Mart 2014 / 03:25
TeNhA_MeLeK,
[cavab]
Bölmeye qayıt
0.2158 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az