MeN EvveLLeR BeLe DeYiLdİm..

pol Ayla 28 Mart 2014 / 00:41
Mən əvvəllər belə deyildim... Əvvəllər...
Keçən aylar, keçən illər... Mən belə deyildim... Hər səhər balaca sumkası çiynində yuxulu-yuxulu dərsə gedən uşaq idim... Səhər anam oyadırdı, mən isə evin qapısından çıxanda oyandığımın fərqinə varırdım... Çox köhnə məktəb, sevimli müəllimə, sinif yoldaşları, dərsdə ağlayan uşaqlar, müəllimənin dəmir xətkeşi, sınıq partam, kitablarım, kağızdan təyyarələr... Kiçik və gerçəkləşən xəyallar... Bəs indi? Boş və mənasız keçən günlər, yollar, itirdiklərim, qazandıqlarım, bacardıqlarım, bacarmadıqlarım, bacara bilməyəcəklərim...... Hər gün eyni hadisələrin təkrarı, hər gün qopan daha bir ümüd yarpağı... Ağacdan asılmış yelləncəklər yoxdu daha... Kağızdan təyyarədə düzəltmirəm daha... Şəhərin sıxlığı, tüstü, insanlar... Ürəyimi çox sıxır... Ağlamaqla keçəsidə deyil, ağlasam yanıma gələndə olmayacaq... Əslində yaxşıdı hər şey... Pis olan nədi? Bəlkə vicdan əzabı...... Niyəmi??? Xoşbəxt gələcəyim üçün yanımda olan ailəm və yük olmağın verdiyi vicdan əzabı... Qarşılıq gözləmədən yanımda olan dostlarım və qarşılıq verə bilməməyin verdiyi vicdan ezabı... Mən əvvəllər vicdan əzabı çəkməzdim... Mənim əvvəllər dostlarımda yox idi... Mən əvvəllər təkliyi düşünməyəcəyimə söz vermişdim... Sözümü tutmamağın verdiyi vicdan ezabı... Hər dəfə güzgüyə baxanda əksim "təkliyin" hesabını istəyir... "Mənə söz vermişdin" deyir... Güzgüyə baxıb "təkliyi istəməyəcəm" demişdim... Yadımdadı... Çox şey yadımdadı... Desəm sizdən utanıram, deməsəm özümdən... Tələblər, öyrənilməyən dərslər, "çox dəyişmisən" deyənlər, səbəbini soruşmayanlar, qəlbimi qıranlar, qəlbini qırdıqlarım... Bezmişəm... Çətindi... Qollarıma batan tikanları, kipriklərimdən asılmış daş parçalarını daşımaqdan yorulmuşam... Mən əvvəllər belə deyildim...

[cavab]

pol 95@mail 28 Mart 2014 / 00:47
cox gozel

[cavab]

pol Ayla 28 Mart 2014 / 01:54
95@mail, twk

[cavab]

pol HT99 28 Mart 2014 / 01:56
YAZAN ELLER YORULMASIN -

[cavab]

pol TeNhA_MeLeK 28 Mart 2014 / 01:57
di twk

[cavab]

pol *ROM@NTIK_AWK* 28 Mart 2014 / 01:59
Seni ele sevdim ki,sen sevmesende sevdim. Seni ele sevdim ki,sen buraxib getsende sevdim. Seni ele sevdim ki,sen gulsen men aglasamda sevdim. Seni ele sevdim ki qurtardi desende sevdim. Seni ele sevdim ki,senin ucun agladiqimi sevdim. Seni ele sevdim ki,sensizliyimi senin ucun sevdim...

[cavab]

pol *ROM@NTIK_AWK* 28 Mart 2014 / 01:59
BIRINDE ATIMDAA

[cavab]

pol _IsMeT_ 28 Mart 2014 / 01:59
ela ela

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1349 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az