Dostluq haqqinda gozel hekaye...
CUNAY
27 Okt 2012 / 15:57
Gənc bir oğlan hər gün atasına deyərmiş: “Mənim də sənin kimi dostlarım var.” Ata hər dəfə etiraz edərmiş ki, “insanın o qədər çox dostu ola bilməz, əsl dost ya bir olar ya iki, amma bundan artıq həqiqi dost tapa bilməzsən...”
Bu söhbət davam etdikcə mübahisəyə çevrilir... onlar əsl dostu tanımaq üçün bir imatahan etmək qərarına gəldilər. Bir axşam bir qoyun kəsib bir kisəyə qoydular. Atası oğluna dedi ki, “bu kisəni dostuna apar.”
Kisə qan içində idi, qan damlayırdı sanki bir adamı öldürüb kisəyə qoymuşdular. Gənc ən yaxın dostu hesab etdiyi birinin evinə gəlir, dostu qan damlayan kisəni görcək dərhal qapını bağladı, dostunu içəri buraxamadı. Beləliklə gənc bütün dostlarının evinə gedir amma hər biri eyni cür hərəkət edir.
Oğlan atasının yanına geriyə qayıdır. Amma tamamilə sarsılmışdı : “Haklısan ata bu dünyada nə sənə nə də mənə əsl dost yoxdur.” Ata ona etiraz edərək : “Yox oğul, mənim bir dostum var, bu kisəni götür get onun yanına.”
Oğlan yenidən kisəni götürür və gedir atasının dostunun evinə. O dost onu görüb çox sevinir, gənci dərhal içəri dəvət edir. Evinin arxasındakı həyətdə kisəni yoxlamadan basdırır və yeri bilinməsin deyə üzərinə sarımsaq əkir.
Gənc evə gəlir və atasına deyir : “bax bu əsl dostdur.” Atası deyir: “tələsmə bilək olmaz... Sən sabah get, orda bir dava elə, ona iki şillə vur, çəkinmə. Bax o vaxt bilinəcək əsl dostluğu... gəl olanları mənə danış”
Gənc atası dediyinin eynisini edir. Istəməsə də atasının dostuna iki şillə vurur. Şillə yeyən DOST isə cavabında belə deyir:
“Get atana de ki, biz bir sarımsaq tarlasını iki şilləyə görə satmarıq!”
P.S. Esl dostlugu bacaran insan hec vaxt dostunu satmaz, ona xeyanet etmez. Bunu bilmek hamimizin borcudur.
red. CUNAY (27.10 /16:06)
[cavab]
D_A_G_L_I
27 Okt 2012 / 16:00
Super.
[cavab]
@BRAT@
27 Okt 2012 / 16:05
CUNAY,GOZELDI TKS
[cavab]
CUNAY
27 Okt 2012 / 16:09
beyendiyinize gore sevindim...
[cavab]
ELEFTHERIA
27 Okt 2012 / 16:09
elaaaa
[cavab]
CUNAY
27 Okt 2012 / 16:17
ELEFTHERIA, beyendiyin ucun twk
[cavab]
Memo
27 Okt 2012 / 16:28
CUNAY,çox çox yaxwidi. Elin var olsun
[cavab]
CUNAY
27 Okt 2012 / 16:32
Memo, sag ol bacim
[cavab]
wuyud
27 Okt 2012 / 17:39
CUNAY,duzdu
[cavab]
CUNAY
27 Okt 2012 / 17:47
wuyud, mence de...
[cavab]
Bölmeye qayıt