(((((Qezel)))))
*-MANAT-*
27 Mart 2014 / 19:20
Bildim vəfasız, insanı ağlım kəsən andan,
Çünki tanıdım dövranı ağlım kəsən andan.
Bir vaxt' dedim: "can sənə qurbandı, gözəl qız"
Möhkəm qorudum mən canı ağlım kəsən andan.
Hər yoldan ötən kəslərə canan demişəm mən,
Rəbbim bilirəm cananı ağlım kəsən andan.
Meyxanədə hər musiqi altında mey içdim.
Duymuş qulağım azanı ağlım kəsən andan.
"Düzdür" deyə şeytan nəyi əmr eylədi, etdim,
Lənətləmişəm şeytanı ağlım kəsən andan.
Haqsızlığa mən göz yumub a'zadə gəzirdim,
Üstün tuturam zindanı ağlım kəsən andan.
Huseyn belə dərd içrə dəva yoxdu deyərdin...
Tövbə' bilirəm dərmanı ağlım kəsən andan
[cavab]
*Duyqu*
27 Mart 2014 / 19:26

[cavab]
*-MANAT-*
27 Mart 2014 / 19:30
*Duyqu*, Cox saqol tesekkurler
[cavab]
(=PaNTeR=)
27 Mart 2014 / 21:17
kimindi?
[cavab]
Bölmeye qayıt
0.1754 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az