Zalim shexsin duz yola qayitmasi
NARDARANLI
27 Mart 2014 / 11:23
Zalım şəxs, həzrət Əlinin (ə) ziyarətinə
getmək istəyən bir şiəyə bərk əziyyət
edir və onu döyür. Şiə onun bu
hərəkətindən çox narahat olub deyir:
Nəcəfə gedirəm, səndən həzrət Əliyə (ə)
şikayət edəcəyəm. Onu döyən deyir: Get
hər nə istəyirsən de, mən qorxmuram.
Şiə kişi Nəcəfə gedir və özünü həzrət
əmirəlmöminin İmam Əlinin (ə) pak
qəbrinə çatdırır. Ziyarət etdikdən sonra,
ürəyi sınıq şəkildə ağlayaraq ərz edir: Ey
Əmirəlmöminin (ə), gərək mənim
intiqamımı o zalımdan alasan.
Şiə zəvvar bir neçə gün ərzində hər dəfə
ziyarətə gələndə, eyni istəyi o həzrətdən
istəyir. Bir gecə yuxuda ağ ata minmiş bir
nəfəri görür. Ağ atlının üzü 14 aylıq ay
kimi işıq saçırdı. Həzrət şiə kişini öz adı
ilə səsləyir. Kişi o həzrətdən soruşur: Siz
kimsiniz?
Həzrət (ə) buyurur: Mən Əli ibn Əbu
Talibəm. Səni döyəndən şikayətin var?
Kişi ərz edir: Bəli, mənim mövlam! Sizinlə
dostluğuma görə məni çox əziyyət edib
və mən də sizdən istəyirəm ki, ondan
intiqam alasınız.
Həzrət (ə) buyurur: Mənə xatir onun
günahından keç!
Kişi ərz edir: Onun günahından
keçmirəm.
Həzrət (ə) üç dəfə ondan istəyir ki, ona
əziyyət edəni bağışlasın. Amma hər dəfə
israrla öz istəyini təkrarlayır.
Səhəri günü şiə kişi gördüyü yuxusunu
zəvvarlara danışır. Hamılıqla deyirlər:
Əgər İmam (ə) onun bağışlanmasını
isətyirsə, gərək onun buyuruğunu yerinə
yetirəsən. Kişi onların da sözlərini qəbul
etmir. Yenə də hərəmə gedib öz istəyini
təkrar edir. Həmin gecə də keçən gecəki
kimi İmam (ə) onun yuxusuna gəlir və
ona əziyyət edəni bağışlamasını istəyir.
Bu dəfə də kişi o həzrətin (ə) istəyini
qəbul etmir.
Üçüncü gecə İmam (ə) ona buyurur: Onu
bağışla, yaxşı bir iş görüb və mən də
onun əvəzini çıxmaq istəyirəm.
Kişi soruşur: Ya Əmirəlmöminin (ə), o
zalım kimdir və nə yaxşı iş görüb?
Həzrət Əli (ə) onun və atasının adını
çəkib buyurur: Bir neçə ay bundan əvvəl,
filan gün, filan saatda o ordusu ilə
Səmavedən Bağdada tərəf gedirdi ki,
gözü mənim günbəzimə sataşdı, atdan
düşüb mənə təvazö və ehtiram göstərdi.
Günbəz gözündən itənə qədər ayaq yalın
ordunun arasında getdi. Buna görə
boynumda haqqı var və səndən istəyirəm
ki, onu bağışlayasan. Mən də sənə söz
verirəm ki, qiyamətdə sənin bu işinin
əvəzini verim.
Kişi yuxudan ayılıb şükr səcdəsi edir və
sonra öz şəhərinə qayıdır. Yolda həmin
adam ona çatıb soruşur: Məndən İmama
şikayət etdin?
Kişi cavab verir: Bəli, amma İmam (ə)
ona təvazö və ehtiram etdiyin üçün səni
bağışladı. Sonra hadisəni olduğu kimi ona
danışır. Şiə kişinin yuxusunun düz
olduğunu başa düşdükdən sonra, ayağa
qalxır və onun əlindən ayağından öpüb
deyir: Allaha and içirəm ki, İmam (ə) hər
nə deyibsə hamısı düzdür. Sonra o öz
batil əqidəsindən əl çəkib şiə olur və bu
münasibətlə bütün zəvvarlara üç gün
qonaqlıq verir. Sonra zəvvarlara
qoşularaq həzrət İmam Əlinin (ə)
ziyarətinə gedir. Nəcəfdə 1000 dinarı
fəqirlərə ehsan edir. Beləliklə düz yola
hidayət olaraq aqibət xeyr olur
[cavab]
TENHA_MEZAR
27 Mart 2014 / 11:33
gozel hekayedi
[cavab]
*ViP-DangeR
27 Mart 2014 / 11:39
eladi ela
[cavab]
ParLaMenT
27 Mart 2014 / 13:10
[cavab]
**BradYaqa**
27 Mart 2014 / 14:04
...
[cavab]
reshid11
27 Mart 2014 / 14:29
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
[cavab]
NARDARANLI
27 Mart 2014 / 17:36
Allah haminizdan razi olsun
[cavab]
zekow
27 Mart 2014 / 18:33
Allah razi olsun maraqli hekaye idi
[cavab]
Bölmeye qayıt