Qucaqla meni

pol Alibaba*AZE 27 Mart 2014 / 05:14
içəri gir.
qapını ört.
işıqları yandır.
məni qucaqla. çölə çıxaq.
kinoya gedək.
kinodan çıxaq.
gəzək.
sərxoş olum.
sən olma. məni qucaqla. səmaya baxaq.
qaranlıq da olsa,baxarıq.
dua edərəm,ikimizin yerinə.
sən etmə.
məni qucaqla. siqaret çəkərik.
əllərimiz üşüyər.
mən isidərəm.
sən məni qucaqla. pulumuz qurtarar,yeriyərik.
qurtarmayan,sonu olmayan bir yol taparıq.
sonsuz bir mahnı oxuyarıq.
aşiq olaram.
sən olma.
qucaqla məni. dalaşarıq.
söyüş söyərik.
qışqırarsan.
küsərəm.
sən küsmə.
qucaqla məni. canım ağrıyanda
əllərim titrəyəndə,
ən çox göy gurlayanda,
yağış yağanda,
və hər dəfə günəş çıxanda,
bir quş uçanda, dənizlər dalğalananda,
ən çox ulduzların altında,
bu xarabanın dör bir yanında,
nəfəs aldıqca...
qucaqla məni.

[cavab]

pol *AzE*_BakiNecH_ 27 Mart 2014 / 05:49

[cavab]

pol *Duyqu* 27 Mart 2014 / 05:59

[cavab]

pol ViP_BaKu 27 Mart 2014 / 06:00
aydaaa zorduyeee. zehmett olmasaa inboxaa gonderindee. buweirii indi telnenem copy edee bilmiremm.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.165 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az