sehidler xiyabani and yerimiz olmalidir

pol (@KARA=SIMSEK] 26 Mart 2014 / 20:44
Sonuncu məzara çatanda baba göz yaşlarını saxlaya bilmir. Onun bu halı balaca oğlanı təəccübləndirir: “Baba, bəs deyirdin kişilər ağlamaz?“. Soyuqdan yanaqları qızarmış balaca İlqar cavab almadığını görüb babasının ətəyini dartışdırdı.
Baba qeyri-ixtiyarı xəyalən həmin günlərə qayıdır... Onda 59 yaşı vardı Məhəmməd dayının. Siyasətdən başı o qədər də çıxmasa da, bu günün - 1990-cı ilin yanvar ayının 20-nin Azərbaycanın olum ya ölüm mübarizəsi olduğunu anlayırdı. Küçədə gördüklərindən dəhşətə gəldi: insanlar silahsız tankların, əliavtomatlı əsgərlərin üzərinə yeriyirdilər. Onların sırasına qoşuldu. Güllə səsləri yaxınlaşdıqca sıradakıların sayı azalırdı. Ondan sağ tərəfdə ucaboy qarayanız bir gənc irəliləyirdi. Bir az həyəcanlanan kimi həmin gəncin üzünə baxırdı. Çünki orada cəsarət, düşmənə nifrət görürdü və istər-istəməz həyəcan ötüşürdü. Həmin gəncin adının İsabala, soyadının Bayramov olduğunu isə bir neçə gün sonra şəhidlərin dəfni zamanı bildi. O, aldığı güllə yarasından tibb məntəqəsində vəfat etmişdi.
Yaxınlaşıb özümü təqdim edirəm. Sevinir, ölkəsində bizim kimi gənclərin olmasından qürur duyduğunu deyir: “Hərdən deyirlər, insanlarımız xarab olub, xasiyyətləri dəyişib. Doğrudan da, yaxşı adamlarımızın çoxu 20 Yanvarda, Qarabağ savaşında şəhid oldular... Bura bizim and yerimiz olmalıdır“.
Balaca İlqar bir əli ilə mənim, digəri ilə babasının əlindən tutub xiyabandakı məşələ tərəf dartır və qəribə sual verir: “Baba, öləndə səni də burada basdıracaqlar?“
Babanın cavabı onu çox gözlətmir: “Yox bala, hər ölən şəhid olmadığı kimi, hər adamı da burada basdırmırlar“.

Əlindəki qərənfilləri məzarların üzərinə düzən əsgərə yaxınlaşıram. 19 yaşlı Vasif Mehdiyev cəbhə bölgəsində yerləşən N saylı hərbi hissənin əsgəridir: “Ağdamda yerləşən N saylı hərbi hissələrin birində xidməti borcumu yerinə yetirirəm. Ermənilər tez-tez cəbhə bölgəsinə yaxın ərazilərdə hərbi təlimlər keçirlər, atəşkəsi pozurlar. Başımıza Xocalı kimi faciə gətiriblər, torpaqlarımızın 20 faizdən çoxunu işğal ediblər, 20 Yanvar faciəsində onların da rolu az olmayıb. Ancaq biz hələ də tam birləşə, həmrəy ola bilməmişik“...

...Uzaqdan ağlaşma səsi gəlir. Åžəhidlər xiyabanında uyuyanlardan ən sonbeşiyinin - balaca İlqarın qohum-əqrabalarıdır, onu yad etməyə gəliblər. Qadınlardan birinin “sənə qurban olum, ay İlqar“ deyib nalə çəkməsi bizim İlqarı həyəcanlandırır...

...Xiyabanı ziyarətə gələn var. Xarici görünüşdən hiss olunur ki, çoxu əcnəbidir. Üz-gözündən kədər yağan azərbaycanlı gənc mənə tanış olmayan dildə qonaqlara nə isə anlatmağa çalışır. Qonaqların üzündəki təəccüb açıq-aşkar hiss olunur...
Eh, avropalı, biz sənə hələ Xocalı faciəsindən danışmırıq. Bəs 4 övladının başı diri-diri gözlərinin önündə kəsilən Kəmalə xalanın faciəsini eşitsən, 1996-cı ildə çadır şəhərciyində “Qarabağ“ deyə-deyə soyuqdan donub ölən Qərib dayının halını görsən, hansı hissləri keçirərdin? Demokratiya, demokratiya deməklə deyil ki. Gərək haqqı nahaqdan ayıra biləsən...

Hər dəfə səninlə üz-üzə gələndə bütün fikirlərim alt-üst olur. Kimsən, nəçisən, adın, soyadın nədir? Naməlum məzar sənin üçün darıxdırıcı deyil ki, qardaşım? Axı sən də həmin gün vətən uğrunda canını fəda edənlərdənsən. Axı sən də adı şərəf lövhəsində qürurla qeyd olunmağa layiq olan insanlardansan. Yəqin sən də körpə olanda ata-ananı bir an görməyən kimi ağlamısan, hay-həşir salmısan. Soyuq havada məktəbə nazik geyimdə gedəndə sənindəmi anan əlində isti geyim məktəbin həyətində zəngin vurulmasını gözləyirdi? Bəs nə oldu qardaş, bu 18 ildə qohumlarından, əzizlərindən yerini bilən, məzarının üstünə gələn oldumu? Soyuqda, qarda, çovğunda üşümədin ki burada? Kim idin, nəçi idin, Bakıya niyə gəlmişdin? Bəlkə, təhsil almağa, ailənə çörəkpulu qazanmaq üçün işləməyə gəlmişdin? Amma üzülmə, yüz illər, min illər ötəcək sən yenə də bu millətin ən sevimli övladlarından biri olaraq qalacaqsan. Bir də əsas odur ki, Haqq dünyasında ən gözəl yerə sahibsən. Hər insanın, hər bəndənin sahib olmadığı yerə...

[cavab]

pol (@KARA=SIMSEK] 26 Mart 2014 / 20:47
here oz fikrin bildirsin mellimim tapsirmisdi mende yazdim

[cavab]

pol beyqus 26 Mart 2014 / 23:08
Allah rehmet elesin hamisina sehidler olmez veten bolunmez sag olsun yazan ellere

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1625 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az