Hec kəsi qınamayın! ( dodakdan kalbe )
DoDakDaN_kaLbe
26 Mart 2014 / 12:43
Heç kimi qınamayın.. !
Yaşlı kişi öz 25 yaşlı oğlu ilə
qatarın vaqonuna daxil olub
yerlərini tutdular. Oğlan pəncərə
tərəfdə əyləşmişdi.Qata r
tərpənən kimi o, hava axınını hiss
etmək üçün əlini
pəncərədə bayıra çıxardı və
birdən heyrətlə qışqırdı:
- Ata, görürsənmi, bütün ağaclar
geriyə gedir!
Yaşlı kişi cavabında gülümsədi.
Cavan oğlanın yanında evli cütlük
əyləşmişdi. Onlara 25
yaşlı oğlanın özünü uşaq kimi
aparması təəccüblü gəlmişdi.
Oğlan qəfildən yenə də
heyranlıqla qışqırdı:
- Ata, gölə bax, heyvanlara bax!
Buludlar bizimlə birgə hərəkət
edir!
Cütlük oğlanın qəribə
hərəkətlərini utanaraq müşahidə
edirdi, atası isə oğlunun
davranışında heç bir qəribəlik
görmürdü.
Yağış yağmağa başladı, damcılar
oğlanın əllərinə
düşdü. O, yenə də sevinclə
gözlərini yumub qışqırdı:
- Ata, yağış yağır!
Görürsənmi, ata?
Bayaqdan oğlanın hərəkətlərini
izləyən cütlük kişidən soruşdu:
- Siz niyə oğlunuzu hansısa bir
klinikaya aparmırsınız?
Kişi cavab verdi:
- Biz elə klinikadan gəlirik. Bu gün
mənim oğlumun
ömründə ilk dəfə gözləri
görməyə başlayıb.
Başqa insanların işləri və
hərəkətləri haqqında tam
məlumatı olmadan onları
qınamaq olmaz. Hər şeyi yalnız
ALLAH bilir. Ona görə də -
"Qınamayın ki, qınananlardan
olmayasınız!"
[cavab]
ErRoR_SeNaToR
26 Mart 2014 / 13:30
Super
[cavab]
meleyke
26 Mart 2014 / 14:12
[cavab]
reshid11
26 Mart 2014 / 15:36
super
[cavab]
**K_I_L_L_E_R**
26 Mart 2014 / 15:36
superdi ama tekrardi ama twk
[cavab]
DoDakDaN_kaLbe
26 Mart 2014 / 15:39
twklerr... Ola biler ama men görməmişəm.
[cavab]
beyqus
26 Mart 2014 / 16:16
Allah razi olsun cox gozeldi
[cavab]
DoDakDaN_kaLbe
26 Mart 2014 / 16:19
beyqus, twkler...
[cavab]
Bölmeye qayıt