Hər gedən arxasında birgozlyən qoyar...
PEPE_
27 Okt 2012 / 02:33
Bəzən istər “gözlə məni
deyər“, bəzən də“ gözləmə,
həyatına davam et“ deyər...
Gözləmə demənin ardından
bir gözlənmə istəyi vardır
daima. Nədənsə hər kəs biri
tərəfindən gözlənmək üçün
darıxar. Darıxılmaq üçün
darıxar, ya da bir kimsənin
həyatında hər zaman var
olmağı bilməkdir gözəl olan...
Və hər qalan üzərində ki, ağrı
ilə “gözləyirəm“ deyər.
Qayıdmayacağını bilə-bilə.
Gəlməyəcəyini bilə-bilə.
Sevməyəcəyini bilə-bilə.
Və gözlər... Taa ki, bir gün
artıq ümidləri kəsilib, yolların
tamamı ilə ayrı olduğunu fərq
edilənə qədər... Və başlar
keşkelər, peşmanlıqlar.
Yanımızda ikən fərq
etmədiyimiz bir çox təfərrüat
ilişər yaddaşlara. O isə “nə
gözəl imiş yaşananlar“
deyərsiniz. “Məgər nə çox
sevmişdim“, deyərsiniz . və
bəlkə də heç sevmədiyinizi
fərq edərsiniz. Ən ağrı
vericisi budur... Sevilmədən
sevdiyinizi fərq etdiyinizdə,
beyninizi yeyər minlərcə
suallar. “Eşq Sorğuya
Çəkilmədən Yaşanmalıdır...”
Amma unudarsınız bu qanunu,
“niyələr və nə üçünlər”
gəmirər beyninizi... Ağlamaq
sizin üçün qaçınılmaz bir
seçimdir. Ağlarsınız hər şeyə
və hər baş vermişə.Baxtığınız
hər yer ”onda” sonlanar…
Gördüyünüz hər şeydə ”onu”
axtararsınız. Güzgüdəki
görüntünüzdə bir yansıma,
küçədəki tin başında bir
qucaqlaşmadır... Yağan
yağışdır, dənizdəki parıltıdır
”o”, gecələrin ayı,
gündüzlərin günəşidir ”o”.
Başlayarsınız cavabı bəlli olan
suallara özünüzdə cavab
axtarmağa. Və sizə belə gələr
ki, sorğulama vaxtə
gəlmişdir. Lakin yaddan
çıxararsınız bir şeyi,
Və son cümlələr tökülər
dilinizdən... Fərqli
deyəcəyiniz bir şey
qalmamışdır çünki. Ürəyinizi
sizdən aldığı kimi,
gedərkəndə cümlələrinizidə
aparmışdır yanında. Səssizlik
qalar geriyə, bitmiş bir
sevgidən. Və Ayrılıq qalar
boynunuzda, ” yağlı bir ilmək
kimi...” Bitəcək deyə
düşünərsiniz acınız amma
bitməz. Sadəcə br yerlərdə
gizlənər qəlbinizdə... Bir
mahnıda, bir şerin kədərli
misralarında və bəlkə də bir
sözdə qanamaya hazır bir
yaradır o artıq... Elə bil, biri
bu dəqiqə çəkəcək...
Dayandığını düşündüyünüz
dünya bu dəqiqə batacaq...
Amma nə dünya batar, nədə o
ilmək çəkilər. Həyat davam
edər və bu çarxınn içində sizi
də bilmədiyiniz başqa
diyarlara sürükləyər.
”Səssizliyin İçində Bir
Qışqırıq, Qaranlığın İçində Bir
İşıq, Ürəkdə Qapanmaz
Yaradır o Artıq”
[cavab]
selim
27 Okt 2012 / 02:35
PEPE_,sri catmadi oxumaga ama sagol
red. selim (27.10 /02:35)
[cavab]
PEPE_
27 Okt 2012 / 02:38
selim,twk
[cavab]
kaktus21
27 Okt 2012 / 03:16
ne olur olsun,sen darixarsan...wùursuzca darixarsan..ve bu ele qeribe bir hissdir ki,kimseye anlada bilmezsen,kelimeler yetmez..tekce cow darixarsan...
[cavab]
_elo_
27 Okt 2012 / 04:27
kaktus21, Darixma, az qaldi )
[cavab]
kaktus21
27 Okt 2012 / 04:31
_elo_,o darixmaqin sonu yoxdu
[cavab]
_elo_
27 Okt 2012 / 04:37
kaktus21, var,ezizim. tam hesablya bilmrem, ama yay ay+na tesaduf edir inwallah
[cavab]
kaktus21
27 Okt 2012 / 04:43
_elo_,abala,bu sen bawa dùwe bileceyin deyil
[cavab]
Bölmeye qayıt