Diqqetle-oxu

pol NARDARANLI 25 Mart 2014 / 20:15
Evin kiçik siçan balası divardakı çatlaqdan
baxarkən kəndli və xanımının mətbəxdə bir paketi
açdıqlarını gördü.
Öz özünə:
- "İçində yeməli nə var görəsən?" deyə düşündü.
Bir müddət sonra paketin içindəkinin əslində bir
siçan tələsi olduğunu anladı.
- "Evdə bir tələ var! Evdə bir tələ var!" deyə
bağıraraq təlaşla həyətə qaçdı.
Kiçik siçan balasını təlaş içində görən toyuq
qaqqıldadı:
- "Yazıq siçan... Bu sənin problemindir mənim
yox. O tələnin mənə bir ziyanı olmaz" dedi.
Toyuqdan bir dəstək ala bilməyən siçan balası
qoyunun yanına qaçdı və,
- "Evdə bir tələ var! Evdə bir tələ var!" deyə
çırpındı.
Qoyun anlayışla qarşıladı amma,
- "Çox üzüldüm siçan qardaş amma dua
etməkdən başqa əlimdən bir şey gəlməz.
Dualarımda olacağından əmin ol" dedi.
Sonra çarəsiz siçan balası inəyə doğru yönəldi.
Qaşlarını çataraq yazıq baxışlarla,
- "Evdə bir tələ var! Evdə bir tələ var!" dedi.
İnək:
- "Sənə görə narahat oldum siçan qardaş, amma
bu məni maraqlandırmır" dedi.
Sonra siçan, başını aşağı əymiş, ümidsiz şəkildə
evə qayıtdı.
Kəndlinin tələsi ilə bir gün tək başına qarşılaşmaq
məcburiyyətində olduğunu anladı.
O gecə evin içində sanki ölüm səssizliyi var idi.
Siçan balası ac və susuz idi. Yorğunluqdan
gözləri yumulurdu ki, qəfil bir səs eşitdi. Gecənin
səssizliyini pozan səs siçan tələsindən gəlirdi.
Kəndlinin xanımı tələyə siçan düşdü deyə
yatağından qalxıb mətbəxə qaçdı. Qaranlıqda
tələyə bir zəhərli ilanın düşə biləcəyi ağlına belə
gəlməyən qadın tələyə yaxınlaşdı. Quyruğu tələyə
qısılmış qəzəbli ilan anidən kəndlinin xanımını
çaldı. Kəndli xanımını təcili həkimə çatdırdı.
Həkim zəhəri təmizlədi, yaranı sarıdı. Evə
gəldikdən sonra xanımın istiliyi yüksəldi. İstiliyi
düşmək bilməyən qadın ağrıdan bərk əziyyət
çəkirdi.
Belə hallarda toyuq suyunun xəstəyə xeyirli
olduğunu hər kəs bilir. Kəndli də bıçağı götürüb
həyətə çıxdı.
Xanım toyuq şorbasının suyunu içib bir az özünə
gəldi. Hadisəni eşidən qonşular ziyarətə gəldilər.
Onlar üçün kəndli qoyunu kəsdi.
Kəndlinin xanımı getdikcə pisləşirdi. Sən demə
ilan çox zəhərli imiş.Bir neçə gün sonra xanım
dünyasını dəyişdi.
Bu zaman xanımın cənazəsi üçün inək kəsildi.
Kiçik siçan balası bütün bu olanları üzüntü ilə
divardakı dəliyindən izlədi.
Həyatda heç vaxt başqalarının dərdindən "mənə
nə?" deyib keçməyin, çünki başımıza nə
gələcəyini bilmirik

[cavab]

pol Ayla 25 Mart 2014 / 20:18
ibretlik hekaye maraqlidi tewekkur
red. Ayla (25.03 /20:19)

[cavab]

pol NARDARANLI 25 Mart 2014 / 20:27
Ayla, Allah razi olsun

[cavab]

pol emre 25 Mart 2014 / 20:31
Eladi

[cavab]

pol zekow 25 Mart 2014 / 20:33
superr maraqli hekaye idi

[cavab]

pol *KeNt_6* 25 Mart 2014 / 20:43
cox maraqli idi super

[cavab]

pol NARDARANLI 25 Mart 2014 / 23:53
Allah razi olsun

[cavab]

pol (=messi=) 25 Mart 2014 / 23:58
superdi urex' hemişeki kimi

[cavab]

pol NARDARANLI 26 Mart 2014 / 00:08
(=messi=), Allah razi olsun ))

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1485 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az