_DUNYANIN!!_WEIRI_

pol *_SADECE_MEN_* 25 Mart 2014 / 01:19
Baş çıxarmaq həm çətindir, həm
asan
İblisindən, mələyindən
dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən
dünyanın.
***********
Nə gözəldir, ürək geniş, söz
açıq,
Yaşamadım bir sevdamı
yarımçıq.
Əzab adlı dəyirmandan narın
çıx,
Keçəcəksən ələyindən
dünyanın.
**************
Arzum üçün mələyən bir
cüyürdüm,
O təpədən bu təpəyə
yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən
dünyanın?
***************
Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc
ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən
dünyanın.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2127 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az