Kicik qeyb Boyuk qeyb

pol NARDARANLI 23 Mart 2014 / 18:40
İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin
birinci və ikinci (2 qeyibi) mərhələləri
Qeyd etdiyimiz kimi İmam Məhdi əleyhissəlamın
qeyb dövrü iki hissəyə bölünür: Kiçik qeyb dövrü
və böyük qeyb dövrü. Kiçik qeyb dövrü
(qısamüddətli qeyb) (İmam Həsən Əskəri
əleyhissəlamın şəhadətindən) hicrətin iki yüz
altımışıncı ilindən başlayaraq üç yüz iyirmi
doqquzuncu ilinə qədər (dördüncü xüsusi naibin
vəfatına qədər) davam etmişdir. Bu müddət
təxminən altımış doqquz il çəkmişdir. Kiçik qeyb
dövründə şiələrin əlaqəsi İmamla tamamilə
kəsilməmiş onlar xüsusi şəkildə və çox məhdud
şəkildə İmamla əlaqə saxlayırdılar. Bu müddət
ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili
olmuş şiələr də onların vasitəsilə öz məsələ və
müşkülatını İmamın hüzuruna çatdırıb cavab
alırdılar. Bəzi vaxtlar İmamla görüşə də bilirdilər.
Buna görə deyə bilərik ki İmam Məhdi
(əleyhissəlam) bu müddət ərzində həm qeybdə
həm də aşkarda olmuşdur. (Əlbəttə əgər belə
demək mümkünsə).
Kiçik qeyb dövrünü şiələri böyük qeyb dövrünə
hazırlamaq mərhələsi adlandırmaq olar. Çünki
sonrakı mərhələdə şiələrin İmamla əvvəldə olan
azacıq əlaqələri də kəsilir şiələr öz məsələlərində
o Həzrətin ümumi vəkillərinə yəni müctehidlik
səlahiyyəti olan və İslam hökmlərinə dərindən
bələd olan alimlərə müraciət etməli olurlar. Böyük
qeyb dövrü birdən-birə başlasaydı, fikirlərin
çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə
bilməzdi. Ancaq əvvəlki İmamların qeyb dövrünə
zəmin yaratmaları üçün ağıllı tədbirlərindən əlavə
kiçik qeyb dövrünün özü də, yavaş-yavaş zehinləri
hazırlayır və bunun ardınca da böyük qeyb dövrü
başlayır. Həmçinin, kiçik qeyb dövründə xüsusi
vəkillərin o Həzrətlə əlaqədə olması və eləcə də,
bəzi şiələrin bu müddət ərzində o Həzrəti
görməyə nail olması, İmam Məhdi əleyhissəlamın
doğulmasını və hal-hazırda da yaşaması
məsələsini daha da təsdiqlədi.
İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin
birinci mərhələsi başa çatdıqdan sonra
uzunmüddətli və böyük qeyb dövrü başlamış bu
mərhələ indiyədək davam edir və bundan sonra
da, Allah-taala o Həzrətə qiyam etmək üçün zühur
- üzə çıxma icazəsi verənə qədər davam edəcək.
On ikinci İmamın qeybə çəkilməsinin hər iki
mərhələsi ondan əvvəlki İmamlar tərəfindən
qabaqcadan xəbər verilmiş və elə həmin dövrdən
də İmam Baqir (əleyhissəlam) buyurmuşdur:
“Qeybə çəkiləcək (İmamın) iki qeyb dövrü olacaq.
Bu iki dövrün birində deyəcəklər ki o ölüb.
Əbu Bəsir deyir: İmam Sadiq əleyhissəlama dedim:
“İmam Baqir (əleyhissəlam) buyurmuşdur ki
Məhəmməd (səlləllahu əleyhi və alih) nəslinin
(qeybə çəkildikdən sonra) qiyam edəcəyi şəxsin
iki qeyb dövrü olacaq ki bunlardan da biri
digərindən daha çox uzun sürəcək. İmam Sadiq
(əleyhissəlam) buyurdu ki bəli belədir
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Qiyam
edəcək İmamın iki qeyb dövrü olacaq: Biri
qısamüddətli digəri isə uzunmüddətl
Tarix qabaqcadan deyilmiş bu xəbərləri təsdiqlədi
və əvvəlki İmamların buyurduğu kimi İmam Məhdi
(əleyhissəlam) barədə deyilmiş hər iki qeyb dövrü
həqiqətə çevrildi

[cavab]

pol ***EmiL*** 23 Mart 2014 / 18:45

[cavab]

pol Aslan_Pencesi 23 Mart 2014 / 18:54

[cavab]

pol Gizir 23 Mart 2014 / 19:24
Elerine saqliq

[cavab]

pol prafsanal 23 Mart 2014 / 21:01
saol ay brat

[cavab]

pol *BUTTERFLY* 23 Mart 2014 / 22:43
Allah razı olsun

[cavab]

pol NARDARANLI 24 Mart 2014 / 00:29
Allah oxuyanlardan razi olsun

[cavab]

pol zekow 24 Mart 2014 / 03:00
Allah razi olsun...!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1514 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az