həyaT (memo)

pol Memo 26 Okt 2012 / 13:38
“Ey iman gətirənlər!
Peyğəmbər sizi - sizə həyat
verəcək bir şeyə dəvət etdiyi
zaman Allahın və Onun
Peyğəmbərinin dəvətini qəbul
edin...!” 1.
“Həyat” ərəb mənşəli sözdür.
“Dirilik” mənasını verir.
Diqqət etsəniz bu ayədən
məlum olur ki, əsl həyat adi
həyatdan fərqli bir şeydir.
İnsanın yaranması, var olması
hələ hər şey demək deyil. Onun
bir də həqiqi var olması, həqiqi
həyatı var.
Yuxarıda qeyd etdiyimiz ayə
İslam dininin bir cümlədə
konkret hədəfini açıqlayır.
Məlum edir ki, dinimiz İslam
əslində insanlara “həqiqi həyat”
bəxş etmək üçün nazil olunub.
Sanki Allah insanı yoxdan var
edir, ona ilkin varlıq vermək
üçün öz ruhundan ona üfləyir.
Amma bu varlığı sürdürmək
üçün - həmişəlik var olmaq
üçünsə bu İlahi ruhdan əlavə,
ona İlahi təlimlər də lazımdır.
Və Allah bu təlimləri din olaraq
insana endirir.
Arestotel deyir: “Həyat hərəkət
deməkdir, su da axmayanda
iylənir.”
İnsana bu məlum hərəkəti
verən məhz onu yaradan
Allahın səmavi təlimləridir.
İnsan daim Ona doğru
hərəkətdə olmalıdır. Və dinin
təlimləri olmadan qaça-qaça
hərəkət etmək belə sükunətin
eynidir.
Bəli. İslam həyat deməkdir.
Əgər sən müsəlmansansa və
həyatın başqa insanlarla
fərqlənmirsə demək ki, həqiqi
İslam canına hopub sənə həyat
verə bilməyib.
Əgər sən müsəlmanın qeyri
müsəlmandan fərqi sadəcə
gündə 5 vaxt qıldığın namaz,
ildə bir ay tutduğun oruc və s.
bu kimi dini hökmlərdirsə,
lovğalanma, sən də hələ ki,
həqiqi həyatda doğulmamısan
deməkdir.
Həqiqi həyatı olan müsəlmanın
düşüncə tərzindən başlayaraq
dünyagörüşü, hadisələrə baxış
açısı, problemlərdə çözüm
üsulu, sevinci, kədəri,
bağışlaması, cəzalandırması və
ümumiyyətlə bütün rəftarları
həyat dolu olmalıdır.
Həqiqi həyatı olan müsəlmanın
yaxınlaşdığı bütün məkanlar,
toxunduğu bütün varlıqlar
canlanmalıdır. Əsl müsəlman
yalnız həyat verir. Əsl
müsəlman öldürmür heç
zaman, yalnız dirildir. Əsl
müsəlmanın bəzi vaxtlarda
(vətən, din, haqq uğrunda
müharibədə) öldürmək zorunda
qalması da bağbanın ölmüş,
artıq, başqa budaqların
yaşamasına mane olan
budaqları dallayıb qalan
budaqlara can vermək, onları
yaşatmaq istəyi kimidir...
Bəlkədə sənin başqalarından
fərqlənməmənin səbəbi əlində
olan İslamın “qayçılanmış
İslam” olmasıdır. Qayçılanmış
İslam insana həyat verəcək
gücdə deyil. İslam təlimləri
toplu olaraq mənimsədildiyi
zaman nicat verici ola bilir.
Misal üçün Seyyid Qütbün dediyi
kimi “Amerika İslamı” xilas edə
bilmir müsəlmanı. Çünki o İslam
qayçılanmış İslamdır. Həqiqi və
orjinal İslamına ulaşmayınca
müsəlman geridə qalmışlığı
davam edəcək. Həqiqi İslamı
mənimsəmədiyi sürəcə həqiqi
həyatı da olmayacaq
müsəlmanın...
Həyat gözəldi, şirindi...amma
bu qədər gözəl həyatın içində
həyatdan da gözəl və
əhəmmiyyətli varlıqlar var. Bir
hədisdə İmam Əskəri (ə) bu
haqda belə deyir:
“Həyatdan daha yaxşısı odur ki,
onu əldən verən zaman öz
həyatından bezəsən. Ölümdən
daha pisi odur ki, ona məruz
qalanda ölümü arzulayasan.”


***

Sorursan ki, həyat nədir?
Həyat haqqın çırağıdır.
Gördüyümüz bütün varlıq,
Bu həyatın qonağıdır.
***
Həyat bir Onu axtarmaq,
Onsuz Onu yaşatmaqdır.
Onun ardınca sürünmək,
Sonunda Ona çatmaqdır!
***
Həyat əfsanədir demə,
Bu söz, Şeytanın sözüdür.
Həyat İlahi bir nemət,
Həyat Allahın özüdür.

red. Memo (26.10 /13:42)

[cavab]

pol Memo 26 Okt 2012 / 13:56
Oxudunuzsa,Əməyə hörmət olaraq,şərhlərinizi əsirgəməyin.

[cavab]

pol lokcity777 26 Okt 2012 / 13:58
Allah razi olsun

[cavab]

pol Niki 26 Okt 2012 / 14:20
halaldi memo

[cavab]

pol KENAN11 26 Okt 2012 / 15:26
Twk yazdigiva gore.

[cavab]

pol aze 26 Okt 2012 / 16:50
Memo,super)

[cavab]

pol dilek2 26 Okt 2012 / 17:32
Eladi.Twk..

[cavab]

pol prototype193 26 Okt 2012 / 17:37
superdi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1848 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az