hƏyat faNidiR (memo)

pol Memo 26 Okt 2012 / 12:51
Həyat qısadır. Həyat fanidir. Həyat
bir an bitəcək. Həyatda heç kim
əbədi deyil.
Dünən çox hörmət etdiyim bir
şəxsin həyatdan getdiyi xəbərini
eşidəndə şok oldum. Dünən və
bu gün beynimdə olan fikirlər
sadəcə həyatın faniliyi barədə idi.
Çox qəribədir. Ölüm bizim üçün
çox uzaq gəlir. Bəlkə uzaq
qalaktika hesab edir, baxmayaraq
ki, O lap yaxındadır. Onun
nəfəsini hiss edirəm hərdən. Biz
insanlar haqq yolundan o qədər
uzaqlaşmışıq ki,
ölümsüzlüyümüzə, əbədi
olacağımıza tam inanırıq. Axır 48
saat ərzində bəlkə də həyatım
boyu fikirləşmədiyim qədər
ölümüm barədə fikirləşmişəm.
Axşam, yorğün-arğın yatağımda
uzanıb, baxışlarımı yuxarı
yönəldib öz-özümlə
söhbətləşirdim. Bir an təsəvvür
etdim ki, növbəti gün
oyanmasam nə olacaq? Nəsə
dəyişəcək mi? Dünyada 6 milyard
insan yaşadığı halda bir nəfərin
ölümü nə qədər təsir edə bilər ki?
Mən öz acizliyimi anladım. Nə
qədər də sinəmə bərk-bərk
vursam ki, mən beləyəm, mən
bunu edirəm mənim yoxluğum
4-5 nəfərin insanın həyatında
cüzi dəyişiklikdən başqa heç nə
gətirməyəcək. Bu milyonlarla
insana aiddir. İrqindən,
cinsindən, siyasi baxışından fərqli
olmayaraq hər bir Allahın
yaratdığı varlıq həyatı boyu bir
yol üzrə addımlayır. Bu düz xətt
bir nöqtədən axır nöqtəyə kimi
bir yoldur. Hamımızın axırı
eynidir.
İnsan yaradışı, bir şeyi anla ki, bu
dünyadan obirsinə heç nə apara
bilməyəcəksən. Gədim Misirdən
faraonlarından, orta əsr
imperatorlarına kimi, dünyanın
yarısını işğal etmiş
hökümdarlardan başlayaraq adi
qullara kimi, heç kim bu qaydada
istisna ola bilməz.
Həyatını bir də nəzərdən keçirin.
Bəlkə indiyə qədər səhv
hərəkətləriniz olub, pislik
etmisiniz, iki üzlu dünyada
çoxluğun qəbul etdiyi qanunlarla
yaşayıb öz əsl üzünüzü
qizlətməyə qərar vermisiniz. Ay
insan, bu həyat bitsədə bundan
sonra bunun cavabını verməli
olacağımızı da unutmayın.
Bilirəm, çoxumuz yaxşılıq etsək
əvəzində pislik görmüşük, düzü
üstün tutsaqda bu düz beş
yalana satılıb, sadiq olsaq da
satılmışıq…dözmüşük, lakin axır
əvvəl sınmışıq, ümidimizi
itirmişik.
Hesab edirəm ki, bun görə
ruhdan düşməyə dəyməz. Bəlkə
də biz etdiyimiz yaxşılğını həmin
o şəxslər bilməsə də bunun əvəzi,
qarşılığı nə zamansa bizə
veriləcək. Bu dünya da və yaxud
obirsində…
Ay fani dünya, qorxuram Səndən.
Nə qədər özümüzə güvənsək
belə, heç kim dəqiq deyə bilməz
ki, sabah var olacaq.
Bir gün insan var, danışırsan,
zarafatlaşırsan, dalaşırsan və
növbəti anda bu insan, bu varlıq
yoxdur. Bu bəlkə bunu axıra kimi
anlaya bilmirik. Bizim beynimiz
bunu anlamır, anlamaq istəmir,
qəbul etmir.
Yaxşı, bəs biz nə etməliyik? İndi
mənim həyat fəlsəfəmə çevrilmiş
bir ifadə – Dəyər verin. İnsanın
ölümündən sonra o qədər şer
həsr edin ki, heykəl qoyun ki, nə
xeyri? Sadəcə yaxşıya – yaxşı,
pisə – pis deyin. Yanınızda olan
dostlarınıza, ailənizə,
valideyinlərə, sadəcə Sizə dəyər
verənlərə Siz də dəyər verin.
Bu yazımı Cabiv Novruzun şeri ilə
bitirmək istəyirəm. Çox yerinə
düşər,məncə…

red. Memo (26.10 /12:57)

[cavab]

pol Memo 26 Okt 2012 / 12:52
Sağlığında qiymət verin insanlara.


Bir arzum var, ay adamlar, qoyun
deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin
yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət
edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun
ölməzlərə…
Gələcəyə çox da ümid
bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın
deyin,
Tülkü deyin tülkülərə, aslan deyin
aslanlara.
Sağlığında qiymət verin
insanlara…
Hər kəs bilsin öz yerini necə
sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi,
hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…
Xatirələr söyləyirik, nekroloqlar
qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə
gərək?
Bundan məzar böyüyəcək, ya
ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş
adətlərdən, xoşum gəlmir…
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti
mən,
Bir an ömrü milyon qızıl ölüm
gələ, dəyişmərəm…
Diri üçün iynə boyda hörməti
mən
Ölü üçün min heykələ
dəyişmərəm…
Düz deməsəm, onda məni
bağışlayın,
Üz tutaram uşaqlara, qocalara,
cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin
yamanlara

red. Memo (26.10 /12:58)

[cavab]

pol selim 26 Okt 2012 / 13:00
Memo,sag ol eee baci gozel fikirler yazmisan

[cavab]

pol OLdEnNiK 26 Okt 2012 / 13:10
Qayidib gelmisem yanina yene
Ne olar bu defe qelbime deyme.
Deysen gulursen acizliyime,
Neyleyim kusulu qala bilmirem.
Sevenler hemise yesir dusubdur,
Axi aramizda ne sirr dusubdur,
Iradem sevgime esir dusubdur,
Neyleyim kusulu qala bilmirem.
Zaman gozlemeyir omur gun
axir,
Soyuqlugun meni yandirib yaxir.
Gozum gozlerien yalvarib baxir,
Neyleyim kusulu qala bilmirem.
Ucub buludlara qona bilerem,
Bu derdin elinden sola bilerem.
Omurluk ac-susuz qala bilerem,
Neyleyim kusulu qala bilmirem.

[cavab]

pol lokcity777 26 Okt 2012 / 15:06
qiz sende neler yatir nelerrrr superr

[cavab]

pol KENAN11 26 Okt 2012 / 15:29
Memo, twk yaxwi yazmisan halaldi

[cavab]

pol MeNaSiZHeYaT 26 Okt 2012 / 16:41
OLdEnNiK, superdi dosi like

[cavab]

pol aze 26 Okt 2012 / 16:47
Memo,super muper duper)

[cavab]

pol dilek2 27 Okt 2012 / 19:43
Halaldi canim bacim

[cavab]

pol CUNAY 27 Okt 2012 / 23:36
Super ela yazan ellerin var olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1899 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az