ad tapa bilmedim(
Ayla
20 Mart 2014 / 02:10
”Salfetka alarsanmı baci?” dedi, kirli amma gözəl üzüylə.
”Yox” dedim, ”Sağ ol, sağ ol, mənim varımdır”
”Olsun sonra istifadə edərsən” dedi titrək səsiylə.
”Yaxşı” dedim, ”Ver bir dənə”
Uzatdım pulu, sevindi. ”Salfetka qalsın” dedim, çox pis oldu.
”Olmaz elə şey, mən dilənçi deyiləm”
”Yaxşı” dedim, ”Yaxşı, hirslənmə”
Aldım salfetkanı əlindən soruşdum: ”Adın nədir sənin?”
”Murad” dedi, ”Murad amma dostlarım mənə ‘incə’, deyir zəyifəm deyə.”
”Anan, atan yox mu senin?”
”Bilmirəm, var bəlkədə. Heç görməmişəm ki.”
”Bəs harda yaşayırsan sən? ” dedim.
”Hər yerdə” dedi, həm də gülərək…
”Necə yəni hər yerdə?”
”Heçvaxt sərhəd qoymuram özümə sizlər kimi” dedi və ürəkdən qəhqəhə çəkdi. Haqsız da sayılmazdı yəni…
”Kimdən alırsan sən bu salfetləri?”
”Saqqalı Məhəmməd əmidən”
”Neçiyə satır sənə bir dənəsini?”
”İkiyüzəlli’dən”
”Yaxşı sən nə qazanırsan bir salfetkalardan?”
”Mm!.. İkiyüzəlliii”
”Necə yəni heç pul almır mı Məhəmməd əmin səndən?” deyə soruşdum təəccüblə.
Biraz hirsli baxdı üzümə: ”Siz hamınız beləsiniz onsuz, qarşılıqsız yaxşılıqdan anlamazsınız.”
”Niyə ki?” dedim, anlatdı:
”Bir dəfə gördümki bir nəfər ağlayır, yaxınlaşdım ‘Bacı, salfetka alarsanmı? deyə soruşdum, ‘Rəddol!…’ deyə qışqırdı mənə. Amma, ama vallah satmayacaqdım men ona, gözyaşlarını silsin deyə vermişdim sadəcə. Anlamadı məni… Amma mən yenə də gizlicə qoydum çantasına.”
”Yaxşı” dedim, ”Mən bir illik salfetka ehtiyacımı alsam səndən, bir səfərdə, topluca yəni olar mı?”
”Olmaz” dedi başını iki yana da sallayaraq. ”Olmaz!… O zaman mənim bütün günlərimi satın almış olarsan. Satılıq olanlar isə sadəcə salfetkalardır. Günlərim isə qoy, mənə qalsın…”
red. Ayla (20.03 /02:11)
[cavab]
(=PaNTeR=)
20 Mart 2014 / 02:24
Tşk..
[cavab]
_IsMeT_
20 Mart 2014 / 02:31
zordu
[cavab]
_R_O_V_S_E_N_
20 Mart 2014 / 02:49
[cavab]
tutu
20 Mart 2014 / 03:17
cox tesirlidi
[cavab]
ParLaMenT
20 Mart 2014 / 03:26
Super
[cavab]
NoName_AnD_mE
20 Mart 2014 / 04:01
Cannn
Allah haminin ata anasin bawinin uzerinden eksik etmesin Amin
[cavab]
*Romantic*
20 Mart 2014 / 11:54
Halal
[cavab]
Golf
21 Mart 2014 / 01:19
[cavab]
(=AyaN=)
21 Mart 2014 / 01:26
ncnc
[cavab]
Bölmeye qayıt
0.148 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az