Günahlar...Ən böyük günah hansıdır?

pol ErRoR_NaMeS 18 Mart 2014 / 00:22
Allaha şərik qoşmaq
Allaha şərik qoşmaq ən böyük günahdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür” (ən-Nisa, 116).
“Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmişdir və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır” (əl-Maidə, 72).
Peyğəmbər demişdir: “Kim Allaha şərik qoşub ölərsə, Cəhənnəmə girər” (Səhih əl-Buxari, 1238).

Valideynin üzünə ağ olmaq
Bu hədisdə Allaha şərik qoşmağın ardınca valideynin üzünə ağ olmağın böyük günah olduğu qeyd edilir. Uca Allah Qurani Kərimdə yalnız Ona ibadət etməyi əmr etdikdən sonra valideyn haqqına toxunaraq buyurur:
“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə də yaxşılıq edin!” (ən-Nisa, 36).
Peyğəmbər demişdir: “Zəlil oldu! Zəlil oldu! Zəlil oldu!” Səhabələr: “Kim, ya Rəsulallah?”– deyə soruşduqda, o demişdir: “Valideynləri, yaxud valideynlərindən biri qocalanadək onlarla yaşayıb, sonra da üzlərinə ağ olub Cəhənnəmə girən kimsə” (Ədəbul-Mufrəd, 21).

Yalan danışmaq
Həmçinin, bu hədisdə yalan danışmağın böyük günah olduğu qeyd olunur. Peyğəmbər demişdir: “Doğruluq adamı yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə adamı Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır. Yalan isə adamı günah işlərə yönəldir. Günah işlər də adamı Cəhənnəmə aparır.
Həqiqətən, adam o qədər yalan danışır ki, axırda Allah yanında yalançı sayılır” (Səhih əl-Buxari, 6094).

[cavab]

pol (=AyaN=) 18 Mart 2014 / 00:28
Dogrudu,cox sag olun

[cavab]

pol Fermer_555 18 Mart 2014 / 00:33
tewekkur

[cavab]

pol *_s(W)eT(T)_* 18 Mart 2014 / 00:41
Duzdu ... twk

[cavab]

pol ____SERAP____ 18 Mart 2014 / 01:34
ErRoR_NaMeS, Ehsen.! Ela bucur mövzulara daha çox yer verilse ela olar. Gencler,yeniyetmeler mariflener halal haramı biler,azından öyrener tşk,gözel mövzulardı.....

[cavab]

pol zekow 18 Mart 2014 / 02:17
Allah razi olsun

[cavab]

pol ErRoR_NaMeS 18 Mart 2014 / 03:01
Fikirlerinize Gor Cox Sagolun :)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2119 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az