Darıxıram sənsiz
prototype193
25 Okt 2012 / 21:01
Müəllif:prototype193
Heç bilməzdim sənin üçün bu
qədər yadam..
Məni sevmirsən, bəs niyə
xoşbəxt deyilsən, niyə üzün
gülmür?
Sənə canımı da verməyə
hazır idim.. İndi də olanlara
baxmayaraq sevirəm səni..
Unuda bilmirəm.. Darıxıram,
gəl.. Səninlə olmaqdan doya
bilmədim.. Sonu
tamamlanmamış
söhbətlərimiz vardı..
Gülüb qurtara bilmədiyimiz
şirinliklərimiz vardı.. Gülə
bilmirəm.. Heç nə güldürmür
məni.. Heç nəyin dadı yoxdu..
Nələr aparmısan məndən
məgər?
Səni sevirəm eşitmək
istəyirəm o dodaqlardan.. O
kəlmələri duymaq istəyirəm
gözlərində.. Səni soruşurlar
məndən.. Deyirəm yaxşıdı..
"Getdi, məni qoyub getdi"
deyə bilmirəm.. Bununla
barışa bilmirəm..
Qayıdacaqsan görəsən?
Ümüdüm sevindirir məni..
Ürəyim "O səni sevir" deyir..
Sevirsən, görəsən? Mənə
sevirəm deyə bilərsən?
Darıxmışam, gəl.. Sevirəm de
mənə.. Darıxmışam.. Ürəyim
aşıb-daşır.. Səni istəyir.. Daha
dözə bilmirəm sənsiz..
Çox oldu getdiyin.. Mən daha
sənsiz qala bilmirəm..
Darıxmışam, çox darıxmışam..
Sən gəl.. Mən tək səni
istəyirəm.. Sən gəl..
Mənim heç bir dərdim
qalmaz..
Sən gəlsən, mənə özünlə
apardığın xoşbəxtliyimi,
şirinliyimi qaytaracaqsan..
Mənə səni qaytar, özümü
qaytar.. Sevgimi qaytar.. Gəl,
daha heç yerə getmə..
Səni sevirəm, bunu unutma!
Səni sevirəm...
[cavab]
Bölmeye qayıt
0.1281 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az