sevgi hekayesi

pol darksektor 25 Okt 2012 / 20:39
Səni çox sevdim..Dilə gətirilə
bilməyəcək qədər çox...Hər
kəlməmdə,hər sözümdə,hər
anımda sən var
idin.Saniyələr,dəqiqələr,günlər
keçir,həyatda insanlar
arasında bir təlaş var idi...Bax
mən o zaman səni
düşündüm...Yalnız səndə
sakitlik tapdım...
İlk sənə dedim ki,-SƏNİ
SEVİRƏM-...İlk səninlə
yaşadım o müqəddəs
duyğunu...İlk sən bəzədin
mənim xəyallarımı..Mən səni
çox sevdim.İlk
məhəbbətimsən sən
mənim.Səni sevirəm hələ də
və bunu inkar eləmirəm.Hər
nə qədər artıq məni
sevmədiyini bilsəm də...
Səndən xəbər ala bilmədiyim
günlər
oldu...Gəlmədin...Sənsiz
keçən hər günüm bir əvvəlki
günümdən daha iztirablı,daha
ağır idi...Amma
dözdüm..Çünki səni sevirəm...
Hər nə qədər artıq məni
sevmədiyini bilsəm də...
Səni tanıyandan sonra şirin
bir təlaş bürüdü
ürəyimi.Ürəyim yalnız sənin
idi və sənin üçün
döyünürdü...Qəlbimə kilid
vurmuşdun sanki...İndi
istəsəm də o kilidi aça
bilmirəm..Heç açmaram
da...Çünki səni çox
sevirəm...Hər nə qədər artıq
mıni sevmədiyini bilsəm də...
Sən məni daha
sevmirsən..bilirəm...Bəlkə də
heç sevməmişdin...Çünki
balaca bir qısqanclıq sevənləri
ayırmaz...Sən
sevmədin..amma mən səni
çox sevdim...
Kim bilir,bəlkə də indi
başqasındadı ürəyin...Başqası
üçün döyünür o
qəlb...Olsun..Mən
dözərəm...Çünki səni çox
sevmişəm...Çox təəsüf,yenə
də qəlbimə söz keçirə
bilmirəm...Sevirəm səni...
Hər nə qədər artıq məni
sevmədiyini bilsəm də...
Dönmə artıq..İstəmirəm...Sən
olmasan da sənin sevgin
mənə bəs eləyər...Və söz
verirəm..
Səni həmişə sevəcəyəm...

[cavab]

pol selim 25 Okt 2012 / 20:47
darksektor,sag ol eee bratelnik

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2148 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az