Qezel-ey insan
*_SADECE_MEN_*
17 Mart 2014 / 00:51
Istərsən əgər getməyəsən badə,ey
insan
Allah yoludur haqq yolu
dünyadə,ey insan
Gör həqq senin üçün neçe
səhmanı yaratdi
Altı günün ərzində bu dünyanı
yaratdı
Sonra baban Adəm,nənən
Həvvanı yaratdı
Dərin düşün Allahıvı sal yadə,ey
insan
Peyğənbərimiz ali Məhəmməd
kimi insan
Dəvət eliyibdir bizi islamə o hər
an
çun haqdan ona nazil olub ayeyi
-quran
Sən də çalış həqq yolda ol
amadə,ey insan
Hər kim ki bu dünyadə ədalətsiz
olarsa
Verməzsə “zəkat, xüms”
səxavətsiz olarsa
Bir bəndə ki Allahə ibadətsiz
olarsa
Barsız bir ağacdır quru
səhrada,ey insan
Allah buyurub ‘kim ki gətirsə
mənə iman
“Neylim?” deməyə qoymaram o
bəndəmi bir an
Axirda ona vəd edirəm cənneti-
rizvan
Gel düz yola ol pakı halalzadə,ey
insan
Gəl rəhmə ki həzrət Əlinin
rəhmini yad et
Məzlumları,bikəsləri,acizləri şad
et
Dünayadə fəqət yaxşılıq ilə çalış
ad et
Bir yaxşılıq oldı çatan imdadə,ey
insan
Allah buyurub ‘kim mənə şək
eyləsə hər gah
Öz varlıqımı eylərəm o bəndəyə
agah
Baxsin dənizə sadəcə bilsin ki var
Allah
Kimdir yatıran dalğanı dəryadə,ey
insan?
Dünya malına olma heris gəldi-
gedərdi
Gör lüt yaranıb lüt də gedənlər
nə qədərdi?
Insan bunu bil olsa xəsis ömrü
hədərdi
Bir pay özüvə saxla dolan sadə,ey
insan
Hər kim ata Allah tərəfə bir dənə
addım
Allah birə-min əyliyər o bəndəyə
yardım
Kaş ki bunu dərin düşünə dərk
edə xalqım
Çoxdur bu sözün qiyməti
mənada,ey insan
Yazdım bu gözəl kəlmələri mən
sizə qardaş
Nolardı ibadət eləsəydi ömürün
kaş
Bəsdir daha at hər şeyi gəl dinə
keçir yaş
Allah verəcək eclini uqbadə,ey
insan
[cavab]
Bölmeye qayıt
0.3396 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az