yene 18+ amma gulmeli deyil

pol ismet 15 Mart 2014 / 16:44
25 ildə öyrəndiyim 25 həyat dərsi...
1.Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir.
2.Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et.
3.Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün.
4.Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol.
5.Hirslənəndə kimisə dişlə.
6.Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə.
7.Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç.
8.Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq.
9.Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə.
10.Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol.
11.Kədərli olanda özünün video klipini çək – sevdiyin mahnını yüksək səslə oxuyaraq.
12.Utancaqlıq sənin uğurlarının qarşısını kəsir, tulla getsin.
13.Hər gün işə gedəndə həsrətlə baxdığın o vitrindəki paltarı al, həyat qısadır.
14.Diş sapından istifadə et – gözəl gülüş üçün sağlam diş lazımdır.
15.Səmimi ol – istənilən insanın ürəyinə ən qısa yol səmimiyyətdir.
16.Həyatda doğmalar və yadlar var. Yadlarla danışdığın xoşluğun 10 dəfə çoxunu doğmalara göstər. Xəstələnəndə yanında kimin olacağını bilirsən.
17.İnan – özünə, dostlarına, sevgiyə, karmaya, ədalətə.
18.Balaca uşaqlarla dostluq elə – onlar sənə həyatı öyrədəcəklər.
19.Heç kim ideal deyil, hamı səhv edir, özünü ciddiyə alma, əylən.
20.Sağlam qidalanmaq çox vacibdir – yağlı, şəkərli, kalorili yeməkləri minimuma endir.
21.Əsl sevgiyə inan – 135 keçmiş sevgililərin sənin ürəyini qırmış olsa belə.
22.Ətrafındakılara onların nə qədər dəyərli olduğunu tez-tez de, elə bilmə ki, onlar bunu artıq bilirlər.
23.Başqalarının uğurlarına sevin, onda bu uğurlar sənə də qismət olacaq.
24.Cizgi filmlərinə bax – içindəki uşağı oyaq saxla.
25.Ürəyinin arxasınca qaç, yalnız onda uçmağı öyrənəcəksən.

[cavab]

pol ***EmiL*** 15 Mart 2014 / 18:07

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1437 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az