SuPeR hEkAyə(4)

pol hulk2 10 Mart 2014 / 16:19
Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik. Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin son dərəcə maraqlı coğrafi durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə bizə şəhərimizin coğrafi durumunu başa salırdı. Biz, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq açırdıq. "Avropanın şərq sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”.

Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi.

Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala cavab vermək üçün böyük zəka tələb olunurdu.

Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi:
"Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd Heydər ikinci il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə Məmməd Heydərin də üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif nazirliyinin qərarına əsasən Rusiyanın Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus orta məktəb müəllimlərinin qızılı sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb: "Demək Məmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox qabağa. De görüm fikrini əsaslandıra bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi. Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi.

[cavab]

pol Idris 10 Mart 2014 / 17:16
Men bu hekayeden hec ne basa dushmedim

[cavab]

pol ErRoR_PC 10 Mart 2014 / 17:33
Men Asiyadanam amma gulmyun

[cavab]

pol RuBiN_AnD_Me 10 Mart 2014 / 19:32
Super eladii

[cavab]

pol hulk2 10 Mart 2014 / 19:34
Her kese tewwekkur

[cavab]

pol Seyyid 10 Mart 2014 / 19:43
Bu mene taniw geldi. Ele bilirem, Qurban Elinin "Eli ve Nino" eseridi.

[cavab]

pol hulk2 10 Mart 2014 / 20:31
Seyyid, he oxsuyur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1532 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az