NARDARANIM...

pol Gizir 7 Mart 2014 / 01:41
Ey mənim cismidə ruhumla canım,
Adı dillərdə gəzən Nardaranım.
Ey bütün kəndlər üçün örnək olan,
Öz xüsusiyyəti ilə tək olan.

Sənsən İslam beşiyi, bəstəri-din,
Övliya məskəni, «darül-mömin».
Bu yəqindir ki, bilir hamı səni,
Ürəfalər, üdabələr vətəni.

İstədim xidmət edim adına mən,
Bir kitab bağladım övladına mən.
Yol tapa bilmədim amma qədimə,
Yazmışam hər nə düşübdür əlimə.

Üləmalər adı getmiş aradan,
Başlayır tariximiz «Şeyx ağadan»
Axtarıb tarixi baxdım bir-bir,
Ən qədim şairimiz Şahindir.

Ondan əvvəl ola bilməz əsla,
Olmamış nə üləma nə şüəra.
Nardaran əhli-zəka məskənidir,
Nardaran şerü sənət mədənidir.

Ey olan söz və sənət ustadı,
Ey bu kəndin gələcək övladı.
Şübhəsiz ki, elə illər gələcək,
Aləmə tazə nəsillər gələcək.

Olmarıq biz o zaman heç birimiz.
Olacaq onda o dünya yerimiz.
Amma tarixdə bu adlar qalacaq,
Əhli-hal baxsa yəqin zövq alacaq.

Söz bilənlər olara etsə nəzər,
Bu kitabda iki cür şəxs görər
Ola ya musiqiçi, ya şair,
Hamına söyləmək olmaz mahir.

Bunların hamı deyildir peşəkar,
Aralarında həvəskarı da var.
Göstəribdir hərə öz sənətini,
Alacaqdır hərə öz qiymətini.

Demirəm bunlar hünər sahibidir,
Hamı, qiymətli əsər sahibidir.
Amma bu Nardaranın tarixidir,
Seçilən bir məkanın tarixidir.

Ey sənətdə peşəsi təftiş olan,
Ey olarçün biz uzaq keçmiş olan.
Bu vəsiyyət sizə qalsın bizdən,
Bir təvəqqə edirik biz sizdən.

Qoymayın məhv ola bu tariximiz,
Bir zamanlar sola bu tariximiz.
Çalışın kəndimizə xidmət edin,
Tarixi saxlamağa adət edin.

Siz də tarix yaradın ad eləyin,ü
Bizi də rəhmət ilə yad eləyin....

red. Gizir (07.03 /01:45)

[cavab]

pol _DeLiYeM_iLiwMe 7 Mart 2014 / 01:44
hahaldi

[cavab]

pol Gizir 7 Mart 2014 / 01:45
_DeLiYeM_iLiwMe, cox sagolun...

[cavab]

pol VuSaL_AnD_Me 7 Mart 2014 / 02:18
ataw twk

[cavab]

pol Gizir 7 Mart 2014 / 02:22
VuSaL_AnD_Me,xowdu cox sagol

[cavab]

pol VuSaL_AnD_Me 7 Mart 2014 / 02:28
Gizir,

[cavab]

pol Gizir 7 Mart 2014 / 02:33
VuSaL_AnD_Me, Yolun duwdu NARDARANA gel qonaqim ol..
red. Gizir (07.03 /02:37)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1813 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az