..:::Nemətə şükür etmək::..

pol aze 2 Mart 2014 / 09:47
Bəzi insanlar belə təsəvvür edirlər
ki, Allah Təalanın nemətlərindən
istifadə edəndən sonra “İlahi,
şükür” və ya “Əlhəmdulilləh”
kəlməsini desə, şükür etmiş olar.
Ancaq Allahın insana verdiyi bu
qədər nemət qarşısında sadəcə
dillə təşəkkür etmək kifayət
deyildir.
Şükür gərək nemətin məqamına
uyğun olsun. Bu da bir söz
deməklə kifayətlənməz. Məgər
“İlahi şükür” və ya
“Əlhəmdulilləh” deməklə, Allahın
bu qədər lütfü qarşısında şükür
etmiş olarıqmı?
Orqanizmin, əza və üzvlərin, yəni
qulağın, gözün, dilin, əl və ayağın,
qəlb və damarların,
geyinəcəklərin, yeyəcəklərin,
dağların, dənizlərin, meşə və
bulaqların, müxtəlif meyvələrin və
heyvanların, bitkilərin və başqa
milyonlarla nemətin qarşılığında
bir dənə “Əlhəmdulilləh” məgər
kifayətdirmi?
Şükür sözünün kökü “şəkri”
sözündən götürülmüşdür. Mənası
“yaşla dolu göz” deməkdir. Ona
görə də şükrün mənası insanın
batininin Allahı yada salmaq və
onun nemətlərinə diqqət etməklə
dolu olması deməkdir. Nəsrəddin
Tusi şükrün həqiqəti ilə bağlı
buyurmuşdur ki, şükür - ən şərəfli
və üstün işdir. Gərək biləsiniz ki,
şükür - əməl, niyyət və söz neməti
ilə üzləşmək deməkdir. Şükürün üç
əsası vardır:
1. Neməti verəni və ona layiq
sifətləri tanımaq. Neməti tanımaq -
yəni aşkarda və gizlində olan
nemətlərin hamısının Onun
tərəfindən olduğunu qəbul
etməkdir. Həqiqi nemət sahibi
Ondan başqası deyildir. Nemətlərlə
insan arasında olan vasitələrin
hamısı Onun əmrinə tabedirlər.
2. Nemətlər qarşısında təvazökar
olmaq və xoşhal olmaqdır. Belə ki,
bütün nemətlər Allahın biz
insanlara olan hədiyyəsidir. İnsan
onu Allaha yaxınlaşdıran
nemətlərə görə xoşhal olmalıdır.
3. Əməldir. Şükür əməldə gərək üç
mərhələdə: qəlbdə, dildə və
üzvlərdə zühur etsin. Qəlbin əməli
odur ki, Haqqa həmd, sitayiş və
təzimə diqqət etsin.
Bütün əqli və dini nemətlər
qarşısında şükür etmək vacibdir.
Neməti Allahın istədiyi kimi sərf
etmək - həmin nemətə şükür
etmək deməkdir. Həqiqətdə Haqqa
kamil ibadət edib, bəndəlik etmək,
həqiqi şükür ilə həyata keçər.
Allah Təala buyurur: “Allahın sizə
nəsib etdiyi halal və pakizə
nemətləri yeyin və Allahın şükrünü
yerinə yetirin. Əgər həqiqətən
Allaha bəndəlik edirsinizsə”.
İmam Sadiq (ə) buyurur: “Nemətin
şükrü - bütün haramlardan
çəkinmək və həm də
“Əlhəmdulilləhi Rəbbil-aləmin”
kəlamını deməkdir”.
Beləliklə, nemətə şükür etmək –
verilən neməti Xaliqə xidmətdə,
ibadətdə və itaətdə sərf etməkdir.
İnsanlara yaxşılıq edib, bütün
günahlardan çəkinməkdir.

[cavab]

pol sema@ 2 Mart 2014 / 14:13
aze, aferin tewekur melumata gore

[cavab]

pol yagmur_damlasi 2 Mart 2014 / 14:13
aze, Eladi muxtar..hamimiza lazim olan meslehetleri bizle paylawirsan.bununcun cox sagol.Allahin nezeri uzerinden hecvaxt eksik olmasin,

[cavab]

pol zekow 2 Mart 2014 / 18:11
Allah razi olsun maraqli idi

[cavab]

pol **K_I_L_L_E_R** 2 Mart 2014 / 20:03
Allah razi olsun

[cavab]

pol aze 2 Mart 2014 / 20:29
sema@, Allah size yar olsun

[cavab]

pol aze 2 Mart 2014 / 20:30
yagmur_damlasi, Allah kömeyin olsun

[cavab]

pol aze 2 Mart 2014 / 20:31
zekow, Allah sene yar olsun

[cavab]

pol aze 2 Mart 2014 / 20:31
**K_I_L_L_E_R**, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2202 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az