Hacı Ələmdar Mahir

pol Gizir 27 Fev 2014 / 23:03
Yenə gizlədib nigarım, üzünü niqab içində,
Daha bilməyir ki, qoymuş məni iztirab içində.
O mələk camalı görmək, mənə qismət olmasınmı?
Bu qədər yetər ki, qaldın, gözəlim hicab içində.
Olacaq nəsib vəslin, mənə son nəfəsdə bilsəm,
Bu az ömrü çox həvəslə, sürərəm əzab içində.
O qədər şirindir eşqin, onu saxlaram canım tək,
Sovurub havanı saxlar, necə ki, hübab içində.
Bu nə meydir əqlim aldı, bu nə nəş ədir, İlahi,
Mənə bilmirəm nə verdi, o gözəl şərab içində.
Bizə müjdeyi-vüsalı yetirib səvaba çatdın,
Görüm ey səba, həmişə olasan savab içində.
Qəmü qüssə çəkmə Mahir, tapılar bir əhli-insaf,
Gün olar sənin də şe rin yığılar kitab içində.


Hacı Ələmdar Mahir<<<
red. Gizir (27.02 /23:06)

[cavab]

pol AzE_MaStEr 28 Fev 2014 / 00:44
ALLAH waire rehmet elesin.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.297 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az