Xocali Haqqinda Qisa Melumat Tarixi!
*_*TeaM_Bke*_*
26 Fev 2014 / 15:10
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi
zamanı baş vermiş ən dəhşətli
hadisələrdən biridir. Bu soyqırım
zamanı Azərbaycan xalqı yüzlərlə
şəhid vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri
SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən
366-cı motoatıcı alayın zirehli texnikası
və hərbi heyətinin köməkliyi ilə
Xocalı şəhərini işğal etdi. Hücumdan
əvvəl, fevralın 25-i axşam şəhər
toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı
səhər saat 5 radələrində Xocalı tam
alova büründü. Mühasirəyə alınan
şəhərdə qalmış təqribən 2500
nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri
tərk etdi. Amma bir günün içində yer
üzündən silinən şəhəri tərk edən
2500 Xocalı sakinindən 613-ü düşmən
gülləsinə tuş gəlib qətliamın qurbanı
oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı
olmaqla – 613 nəfər Xocalı sakini
qətlə yetirildi, 8 ailə tamamilə məhv
edildi, 25 uşaq hər iki valideynini, 130
uşaq valideynlərindən birini itirdi.
Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275
xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan
vurulmuşdur. Bu hadisə Azərbaycanda və qardaş
Türkiyədə "Xocalı qətliamı", "Xocalı
soyqırımı" kimi anılır. Ermənistanda
isə bu əməliyyat "Xocalı döyüşü",
"Xocalı hadisəsi" terminləri ilə ifadə
olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" ( ing. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə
üstünlük verir.
[cavab]
Bölmeye qayıt