Xocalı Soyqırımı !!!

pol FoReVeR_iS_LoVe 26 Fev 2014 / 14:58
Xocalı soyqırımı —
1992-ci il fevralın 25-
dən 26-na keçən gecə
Ermənistan Silahlı
Qüvvələri tərəfindən
Rusiyanın 366-cı
motoatıcı alayının
iştirakı
ilə Xocalı şəhərini işğal
edərkən, etnik
azərbaycanlılara qarşı
baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ
münaqişəsi zamanı baş
vermiş ən dəhşətli
hadisələrdən biridir. Bu
soyqırım zamanı
Azərbaycan xalqı
yüzlərlə şəhid vermişdir.
1992-ci il fevralın 25-
dən 26-na keçən gecə
Ermənistan silahlı
qüvvələri SSRİ
dövründən Xankəndi
(Stepanakert)
şəhərində
yerləşən 366-cı
motoatıcı
alayın zirehli texnikası
və hərbi heyətinin
köməkliyi ilə Xocalı
şəhərini işğal etdi.
Hücumdan əvvəl,
fevralın 25-i axşam
şəhər toplardan və ağır
artileriyadan şiddətli
atəşə tutuldu. Nəticədə,
fevralın 26-ı səhər saat
5 radələrində Xocalı tam
alova büründü.
Mühasirəyə alınan
şəhərdə qalmış təqribən
2500 nəfər xocalılı
Ağdam rayonunun
mərkəzinə çatmaq
ümidi
ilə şəhəri tərk etdi.
Amma
bir günün içində yer
üzündən silinən şəhəri
tərk edən 2500 Xocalı
sakinindən 613-ü
düşmən gülləsinə tuş
gəlib qətliamın qurbanı
oldu. Bu soyqırım
nəticəsində 63-ü uşaq,
106-ı qadın, 70-i qoca
və qarı olmaqla – 613
nəfər Xocalı sakini qətlə
yetirildi, 8 ailə tamamilə
məhv edildi, 25 uşaq hər
iki valideynini, 130 uşaq
valideynlərindən birini
itirdi. Düşmən gülləsinə
tuş gəlib yaralanan 487
nəfərdən 76-sı uşaq idi.
1275 xocalılı əsir, 150
xocalılı itkin düşdü.

[cavab]

pol FoReVeR_iS_LoVe 26 Fev 2014 / 15:01
ALLAH Xocalıda
dünyasını dəyişənlərə
Rəhmət Eləsin və
Ailələrini səbr versin..!

[cavab]

pol mila99 27 Fev 2014 / 01:21
ALLAH TALA HAMISINA REHMET ELESIN YAXINLARINA SEBR VERSIN INANIRAMKI TORPAQARIMIZI TEZ BIR ZAMANDA ALACAYIQ

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1599 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az