Xocali sehidlerinin xetrine

pol hulk2 25 Fev 2014 / 18:11
Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!

Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!

Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim – əsim, Xocalı!

Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!

Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!

Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Mən necə kiriyim, susum, Xocalı!

Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!

Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimdə alışan həsrəti soyut,
Qayıt, sən yenidən özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!

27.II.2010. Müəllif: Sərdar zeynal

[cavab]

pol hulk2 25 Fev 2014 / 18:13
Allah butun sehidleriin ruhunu sad etsin. ey sehitler siz bizim basimizin tacisiz.size canim qurban

[cavab]

pol RAMIL85 25 Fev 2014 / 18:14
ALLAH REHMET ETSIN

[cavab]

pol hulk2 25 Fev 2014 / 18:15
Xahis olunur bu seiri butun sosiyal sebekelerde paylasasiz.xocalida 3000 e yaxin insanlar olub.Herkes qoy ermenilere nifret etsin

[cavab]

pol RAMIL85 25 Fev 2014 / 18:20
Menim seyfem var diqqet aldim sabax paylawacam

[cavab]

pol hulk2 25 Fev 2014 / 18:21
RAMIL85, cox sagol qaqam

[cavab]

pol RAMIL85 25 Fev 2014 / 18:23
hulk2, borcumdur

[cavab]

pol *_AvArA_QaQaS_* 25 Fev 2014 / 18:33
ALLAH rehmet etsin mende paylawacam

[cavab]

pol hulk2 25 Fev 2014 / 18:37
*_AvArA_QaQaS_*, allah razi olsun qaqa

[cavab]

pol KARABiN 25 Fev 2014 / 18:46
heyif xocali ancax 26fevralda yada dusur

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.203 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az