məsləhətlər.

pol [A]V[A]R[A] 25 Fev 2014 / 15:55
Siz hansilari beyendiZ ?
1- Ağlını istifadə et.
2- Doğru-dürüst tanımadan heç bir insana bağlanma.
3- Bitməmiş münasibətlərin üstündən yeni münasibət qurma. Əzab çəkən sən olarsan.
4- Yaxşıca soruşub, maraqlanaraq başqa insanların da haqlı ola biləcəyini düşün.
5- Səni düşünməyən insani, sen heç düşünmə.Danışmayanla əsla danışma.
6- Güvənmədiyin biriylə əsla görüşmə.
7- Yalanını tutduğun adamın düzələ biləcəyini düşünmə.
8- İnsanlara doğru dəyər ver, bunu qazanmayanları sil.
9- Kiməsə yalvarma.
10- Əsla dönüb arxana baxma.
11- Sirr saxlamağı bacar.
12- Dostlarının sevgilindən daha önəmli olduğunu unutma. Onları əsla sevgilin üçün satma.
13- Layiq olduğun sevgini almadığın zaman üzülmə. Problemli olan sən deyilsən!
14- Kimsənin sözü ilə özündən çıxma, amma, onun dediklərini də yadda salxa.
15- Əgər sənin üçün bir şey bitmişsə, iki kəlmə şirin söz və ya iki damla göz yaşı üçün əsla yumşalma.
16- Səni sevənlərlə, istifadə edənləri seçməyi bacar.
17- Sənə qulaq asıb, anlamaq niyyəti olmayanlarla mübahisə etmə.
18- Məcburi qurulan dostluqları qəbul etmə.
19- Əgər sirr verdiyin adam o sirrini saxlaya bilmirsə, ona daha bir söz demə.
20- Dostun olacaq insanlari bəzi kriteriyalara görə seç.
21- Özünü tərifləyən insanlardan qaç.
22- Qarşındakının nə söylədiyini düşün elə qəbul et.
23- Öz güvənini itirməyə səbəb olacaq heç nə etmə.
24- Problemin olduğu zaman insanlar zaman ayırıb səni dinləyirlərsə, onların veridiyi nəsihətləri boş sayma.
25- Göz görə görə su toplanıldığı yerə daş atma, mütləq üstünə sıçrayar.
26- Özünün hər kəsdən daha önəmli olduğunu unutma.
27- Sən istəmədikcə Allahdan başqa kiminsə səni üzə bilməyəcəyini yaddan çıxartma.
28- Göz yaşlarının dəyərini bil. Ona layiq olmayanlar üçün sərf etmə.
29- Sənə verilən ağlı istifadə edərək Allahına şükr et.
30- Sənin ağlına inan insanları xəyal qırıqlığına uğratma.
31- Özünü sev
32- Alkaqol istifadə edincə özünü itirənlərə əsla mübahisə etmə.
33- Hər səhər doğan günəşə baxıb gülümsə və qarşında böyük bir gələcək olduğunu xatırla.
34- Dostluğunla qane olmayanlar üçün fədakarlıq etmə.
35- İnsanları itirirsən deyə ağlayıb üzülmə, amma qazandığın insanların dəyərini bil.
36- Sevgidə belə məntiqini kənara qoyma. Qəlbin doğru yolu tapa biləcək qədər ağıllı deyil.
37- Kiməsə onun daşıyabiləcəyindən çox dəyər verib, özünü çox öyməsinə şərait yaratma.
38- Güvənmədiyin kiməsə əleyhinə istifadə edə biləcək şans vermə.
39- İstədiyini almaq üçün əsla yazıqlıq göstərmə.
40- Sənə qarşı hiss edilən sevgi və güvəni istismar etmə..

[cavab]

pol (=PaNTeR=) 25 Fev 2014 / 16:54
Hamrı qeşeng.25 lap düzdü

[cavab]

pol ____SERAP____ 26 Fev 2014 / 05:15
[A]V[A]R[A], MARAGLIYDI ELA. Tşk.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1474 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az