♥sevgi..♥

pol Yadimdadir 22 Fev 2014 / 19:21
Yaman sevgi

Mən səni sevirdim sevməz olaydım
Kaş bu dünyada sənsiz qalaydım
Sən məni aldatdın mən isə inandım
Sevgi alovunda alışıb yandım

Bütün sevgimi mən sənə vermişdim
Səni yeganə sevgim bilmişdim
Sən isə vəfasız insafsız çıxdın
Mənim sənə olan sevgimi yıxdın

İndi sənin öz həyatın mənim öz taleyim var
Görən səni sevəcəkmi sevdiyin o yar?
Mən səni unutmamışam unutmaram heç
Ay Allah sən özün günahımızdan


Saf bir məhəbbətdir mənim diləyim
Yar məni sevməsə vurmaz ürəyim
Sənsə naz edirsən sevmirsən məni
Məni sevməyinçün söylə neyləyim...?

Hər şeyim sənindi söylədim sənə
Səndən istədiyim saf sevgi oldu
Arzumu, diləyimi vermədin mənə
Məni sevməyinçün söylə neyləyim...?

Mən səni özümə sirdaş bilmişəm
Hər nə edirsən et qəbul etmişəm
Məni sevmədiyini çox gec bilmişəm
Məni sevməyinçün söylə neyləyim...?

Deyirəm qoy hamı eşitsin bunu
Sevməsən qırılar sevginin qolu
Yaman əzablıdır sevginin yolu
Məni sevməsiyçün deyin neyləyim...?

Vaxt vardı, sevirdim səni, bax indi
O saf məhəbbətə hayıfım gəlir!
Mən səni ucaltdım fövqümə eşqlə,
Çəkdiyim zəhmətə hayıfım gəlir!

Vaxt vardı, ağlıma hakimdi hisslər,
Gözümdə Günəşə, Aya dönübsən!
Sanırdım bir mələk donuna girib
Təkcə mənim üçün göydən enibsən!

Tapdadın o ülvi hisslərimi sən,
Çirkin əməllərin, bəd rəftarınla!
Kobud, saya salmaz dar mənliyinlə
Gözümə təpdiyin qohumlarınla!

İndi hisslərimə hakimdi ağlım,
Gözümə, könlümə düşmən kimisən.
Məni, mənliyimi didib tökməyə
Paslı qılınc olub öndə bitmisən!

Könlümün başında nifrət odu var,
Sənə nifrətimə hayıfım gəlir!
Əlimi biryolluq üzümmü səndən?
Kişi qeyrətimə hayıfım gəlir!


Yadındamı görüşə çağırdım səni,
Qəmli baxışlarla yandırdın məni,
Dedim söylə görüm nədir səbəbi
Son sözün bu oldu: Ayrılmalıyıq!

Kaş eşitməyəydim mən bu sözləri,
Kaş görməyəydim qəmli gözləri.
Dedim: Kim ayırır axı bizləri?
Son sözün bu oldu: Ayrılmalıyıq!

Ayrılmaq çətindir səndən, sevgilim,
O gözəl gözlərdən necə əl çəkim.
"Sonuncu görüşdü fikirləş" dedim
Son sözün bu oldu: Ayrılmalıyıq!

Ayrıldıq səninlə biz həmişəlik,
Sənə bir arzum var, o da xoşbəxtlik.
Arzum budur geyinəsən gəlinlik.
Son sözün bu oldu: Ayrılmalıyıq

Gedirsen, ne deyim, ne soz soyleyim
Saxlaya bilmedim yolundan seni
Sene inanmisdim, konul vermisdim
…Cox heyif, indice tanidim seni,

Sen menim gozumde uca bir dagsan
Eyilme sevginin goz yaslarina
Subheler qoymadi seni sevmeye
Yalandi.. aldanma goz yaslarima..

Delisov sevgim de, mehebbetim de
Olmayib, hamisini yalan demisem
Baxma ki, indice doldu gozlerim
Yeqin varligina cox oyresmisem..

Qelbinin yerine bir das bagla sen..
Belke esq onunde eyile bildin!
Nece inanmisdim xos sozlerine…
Sen meni deliler kimi sevirdin..?

Sozler, serler de bes etmir mene
Bu derdi daglara danissam azdir..
Bextim gozlerimin icine baxib
Ayagim altinda bir quyu qazdi..

Bagisla sohbetim cox uzun cekdi
Gedirsen yolundan etmeyim seni
Taleyim bes gunluk sevinecekdi..
Indi calisacaq unutsun seni..

Indi ne etsen de, ne soylesen de
Ovuda bilmersen yanan qelbimi
Ozun oz elinle yixdin bu esqi,
Oldurdun, derdinden olen sevgimi..


Seni duwunmeden kecmir saatim
Seninle baglidir menim her anim,
Hele dilimdedir bax senin adin,
Unutdun sen meni,men unutmadim.
* * *
Dedin geleceksen yaz seherinde,
Qaranquw qayidib qapim doyende,
Qayitdi qaranquw,sen qayitmadin,
Unutdun sen meni,men unutmadim.

0nlu duwunceler,Birde hesretim,
Yuxumu erwe cekir yene bu gece,
Tanrimin yazdigi tale qismetim,
Royami elimden alir bu gece.

Kul oldum bu ewqin alovunda men,
Isti heraretden ureyim yandi,
Goz yawi tokdurub zulm etsende sen,
Her gece bu qelbim tek seni andi.

Bu gece fikrinden yata bilmedim,
Yar,seni duwundum,yar,seni andim,
Gah seni qinadim,gahda ozumu,
Aliwdim kerem tek odlara yandim.

Cixmayir bawimdan fikrin,xeyalin
Gece de,gunduz de,yar seninleyem,
Meni qinamasin dostlar,taniwlar,
Etsen de dunyami dar seninleyem.

Ne olar qinama,sevgilim meni,
Geceler yatmayib aniram seni,
Her zaman bir fikir yorur beynimi,
Goren bagiwlarmi yarim sehvimi?
red. Yadimdadir (22.02 /19:24)

[cavab]

pol @behlul@ 22 Fev 2014 / 19:24
şeir

[cavab]

pol Bez_TeBYa_Ploxo 22 Fev 2014 / 19:24
SUPER

[cavab]

pol Gizir 22 Fev 2014 / 19:25
((((((((((((((...

[cavab]

pol Q_A_R_A_Q_A_N 22 Fev 2014 / 19:27
Yadimdadir, super

[cavab]

pol ErRoR_RoMaNTiK 22 Fev 2014 / 19:29
uzeyirindi buda?)

[cavab]

pol TENHA_MEZAR 22 Fev 2014 / 19:35
..

[cavab]

pol Ayla 22 Fev 2014 / 19:39
ErRoR_RoMaNTiK,

[cavab]

pol Vip_Friends 22 Fev 2014 / 19:41
Eladi, like

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1317 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az