Uşağın "Allaha Mektub"u
Gizir
22 Fev 2014 / 00:55
Ata səhər işə getməyə hazırlaşırdı. Maşını
qarajdan çıxardarkən qızını, Uşaq yolla gedən
gördü. Əynində gözəl bir don, əlində isə bir
məktub var idi.
- Hara gedirsən?
- Mən...mən....ata, mən poçta gedirəm.
- Niyə?
- Bu məktubu göndərməliyəm
- Ver mənə mən göndərərəm sənin üçün
Bir an balaca qız çəkindi amma axır ki,
məktubu atasına uzatdı. Atası qoydu maşının
qabaq oturacağına, qızına əl elədi və yola
düşdü.
İşdə oturarkən məktub Atanın gözünə dəydi.
Üstündəki ünvanı oxudu:
Allah
Cənnət
Səma
Məktubu açdı və oxudu:
- Əziz Allah, bu mənim sənə birinci
məktubumdu. Anam həmişə deyirdi ki, sən
uşaqları sevirsən və onların dualarını tez
eşidirsən. Mənim anam 7ci ad günümdən 3
gün sonra vəfat etdi. Ona kimi həmişə
xoşbəxt idim, amma indi çooox qəmliyəm.
Atam həmişə mənimlə oynayardı, mənə kitab
oxuyardı, amma indi heç mənimlə danışmır.
Səhər tezdən işə gedir, axşam isə mən
yatandan sonra qayıdır. Xalam deyir ki, artıq
içməyə də başlayıb.
Xahiş edirəm Allah, mənim anamı qaytar.
Onsuz bu evdə yaşamaq istəmirəm. Hər gün
məktəbə gedəndə sinif yoldaşlarımın
analarını görürəm və məni ağlamaq tutur. Nə
olar Allah, anamı qaytar. Əgər o artıq
mələkdirsə və onu qaytara bilmirsənsə onda
məni də götür apar. Anamı necə apardın
məni də elə apar. Mən yaxşı qızam. Anamdan
soruş deyəcək. Həmişə dərslərimi edirəm və
otağımı yığışdırıram. Söz verirəm ki, sənə heç
bir narahatçılıq törətməyəcəm. Səni
gözləyəcəm! Səni sevən, Uşaq..
Atası məktubu bir yox üç dəfə oxudu. Bir az
sonra, vəfat etmiş həyat yoldaşı ilə ilk dəfə
tanış olduğu yerə getdi. Orda böyük bir ağac
var idi. Ağaca baxa-baxa bir neçə saat qızının
yazdığı barədə fikirləşdi. Həm özünə həm də
həyat yoldaşına söz verdi ki, dəyişəcək. Altı Ay
sonra: Uşaq artıq yerində yatmışdı. Atası onu
yuxudan oyatmaq istəyəndə çarpayının
yanında bir məktub gördü. Ünvanı belə idi:
Allah
Cənnət
Səma
Məktubu açdı və oxudu:
- Əziz Allah, bu sənə ikinci məktubumdu.
Bilirəm ki birinci məktubumu almısan. Sənə
təşəkkürümü bildirmək istəyirəm. Düzdü
anamı mənə qaytarmadım, məni götürüb
aparmadın, amma atamı dəyişdin. Bilirsən
Allah, mən indi onun otağında yatıram.
Gecələr mənə nağıllar oxuyur, mənimlə
danışır, gülür, və hər səhər üzgüçülüyə
gedirik. Axşamlar isə, maşınla şəhəri gəzirik.
Daha içki içmir. İstəyirsən xalamdan
soruşarsan. Bilmirəm sənə necə təşəkkür
edim, Allah, çox sağ ol! Səni Sevən, Uşaq..
red. Gizir (22.02 /00:57)
[cavab]
reshid11
22 Fev 2014 / 00:58
[cavab]
_AGUERO_
22 Fev 2014 / 01:06
Sagol brat kovreltdun heqiqi
[cavab]
*dark_life*
22 Fev 2014 / 01:06
Gizir,
di allah razi olsun
[cavab]
*_FaVoRiTe_*
22 Fev 2014 / 01:13
superdi brat
[cavab]
GaNiCuS
22 Fev 2014 / 01:29
Ela super
[cavab]
PrEnS_oF_TaRLa
22 Fev 2014 / 01:40
halaldi ataw
[cavab]
TENHA_MEZAR
22 Fev 2014 / 05:03
( super
[cavab]
A_ceyhun
22 Fev 2014 / 09:34
Heiqetende cox tesirli movzudu Allah razi olsun
[cavab]
Bölmeye qayıt
0.1636 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az