Elman Qasit....
Gizir
15 Fev 2014 / 00:29
Gəldi sidq ilə sənin dərgəhinə qoydu qədəm,
Dilbərim, aşiqinə bir nəzər et, eylə kərəm.
Görmədim haqq deyənin gülsün üzü - sirri nədir,
Qaydadır yoxsa, fələk yazdı ona şadlığı kəm?
Etməyin siz mənə tə`rif behişti bu qədər,
Yurdumun hər qarışı misldə yüz mülki-Ədəm.
Min qəmimdən birinin mində birin yoxdu bilən,
Bir qəmin mində birin şərhinə acizdi qələm.
Qasid, aşiqdə nə var eşqdə qəmdən qeyri
Aşiq izhar eləyər gülsə, ya da ağlasa qəm.
[cavab]
*_SADECE_MEN_*
15 Fev 2014 / 00:37
[cavab]
Bölmeye qayıt
0.1554 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az