..::14fevral-valentin günü::..
aze
14 Fev 2014 / 02:12
Hacı İlqar İbrahimoğlu "Valentin
günü"nün qeyd olunmasına
münasibəti:
"İnsan Allah dərgahında həqiqi
insan kimi yaşayıbsa, həmin gün
onun üçün bayramdır və bu,
müsbət yüklü bir şeydir.
Azərbaycan insanının inancından
və milli-mənəvi dəyərlərindən irəli
gələn bayramları var. Əxlaqi
cəhətdən İslam dəyərlərindən
uzaq olduğundan, belə yad
bayramların qavranmasına ehtiyac
yoxdur. Valentin Günü
ənənələrinin Azərbaycana daxil
olmasını istəməzdim".
İlahiyyatçı Mirmehdi Seyid
Hüseyni:
"14 Fevral - Bu günün, bu
bayramın bizə qətiyyən aidiyyəti
yoxdur. Heç bir dinin əxlaqi
normalarına sığmır. İki zinakarın
əməli dini kəbin pərdəsi altında
ört-basdır edən bir adam necə
müqəddəs kimi qəbul edilə bilər və
bu gün də bayram sayılar?
Sevgililər gününə ehtiyac
olduğunu hesab etmirəm.
Dinimizdə sevginin müddəti, vaxtı
yoxdur. İslam dini sevgini təlqin
edir, insanlara, amma zinanı, əxlaq
normalarına qarşı getməyi haram
buyurur.
Sevginin zina ilə əlaqəsi ola bilməz.
Bu günün də təməlində zina durur
ki, tam şeytani və küfr mahiyyəti
daşıyır. Göründüyü kimi, Valentin
gününün heç xristianlığa da dəxli
yoxdur "
[cavab]
Bölmeye qayıt