Ilqar Fehmi

pol Gizir 13 Fev 2014 / 23:57
İlqar Fəhmi
Güclə vaxt tapmış idim bircə nəfəs gülmək üçün
Tez bəla gəldi dodaqdan gülüşü silmək üçün.
Sənə dönmək nə səadətdi, burax əllərimi
Qoy gedim, itməyə yox-bir də sənə gəlmək üçün.
Bütün ömrüm boyu dil tapmadım öz könlüm ilə
Can verərdim bu çətinlikdə dili bilmək üçün.
Qələmimdən süzülür duyğularım ağ varağa
Dəftərim içrə beş-on günlüyə dincəlmək üçün.
Cismi at, ruhuvu azad elə artıq yükdən
Bir çinar yarpağı üstə göyə yüksəlmək üçün.
Taleyin fırçasın almış dişinə çərxi-fələk
Ömrümü rənglərə göy qurşağı tək bölmək üçün.
Mən sürünmək dolu bu ömrü verərdim, Fəhmi
Bir saatlıq kəpənək tək yaşayıb-ölmək üçün.

[cavab]

pol Yadimdadir 14 Fev 2014 / 00:02
superdi dosi

[cavab]

pol Q_A_R_A_Q_A_N 14 Fev 2014 / 00:03

[cavab]

pol Gizir 14 Fev 2014 / 00:08
Yadimdadir, tewekur....

[cavab]

pol Gizir 14 Fev 2014 / 00:09
Q_A_R_A_Q_A_N, cox sagolun.....

[cavab]

pol AzE_MaStEr 17 Fev 2014 / 07:39
"Avtoritet" qezetinin redaktoruna ewq olsun

[cavab]

pol reshid11 17 Fev 2014 / 14:09
superdi qaqa

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2227 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az