Samaxinin Tarixi....Rahil47

pol Rahil47 12 Fev 2014 / 00:06
Şamaxı Şirvanın mərkəzi hesab edilir. Şəhər hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri idi.
Şamaxı ərazisində qədim dövrlərdə baş vermiş maraqlı hadisələr haqqında işarə verən toponimlər çoxdur. Məsələn, Məlhəm kəndinin yaxınlığında yerləşən mağara vaxtilə özünün şəfaverici xassələri ilə məşhur olmuşdur.
Qədim Azərbaycan şəhərləri arasında Şamaxı xüsusi yer tutur. Şamaxı torpaqlarının təbii şəraiti lap qədimdən insanları cəlb etmişdir. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox dərman bitkisi yetişir.
Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 sm-dir.
Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonunun ərazisindədir. Qaraçay, Vələvələçay və Girdmançay öz mənbəyini Babadağdan götürür.
Şamaxı şəhrindən 12 km şimal-şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsində Nəsrəddin Tusi adına astrofiziki rəsədxana fəaliyyət göstərir. Buranın gözəl təbiətini mühafizə etmək üçün sahəsi 1521 hektar olan «Pirqulu» qoruğu yaradılmışdır.
Zəngin təbiətə malik olan Şamaxı rayonun həm də qədim tarixi vardır. Şamaxının tarixi çoxsaylı arxeoloji və memarlıq abidələri ilə təmsil edilir: Qoşa minarəli Cümə məscidi (743-cü il), Şahixəndan məqbərəsi (XV əsr), Pirmərdəkan məqbərəsi (XIII-XIV əsrlər), Gülüstan qalasının (XI-XII əsrlər) xarabalıqları və s. kompleksləri böyük maraq doğurur.

[cavab]

pol qebelelioqlan 12 Fev 2014 / 00:09
Qebele paytaxt olanda şamaxı hele kend idi

[cavab]

pol ZaRaZa41 12 Fev 2014 / 00:13
Qaqas senin isin gucun qurtarib bu boyda sey yazirsan

[cavab]

pol Rahil47 12 Fev 2014 / 00:14
ZaRaZa41, internet deyilen bir sey var

[cavab]

pol Rahil47 12 Fev 2014 / 00:15
qebelelioqlan, Kendde olsa rayonda olsa seherde olsa Samaxi var idi.
red. Rahil47 (12.02 /00:15)

[cavab]

pol qebelelioqlan 12 Fev 2014 / 00:23
Var idiiiiiii indi yoxdu Qebele bu saat paytaxt bakıdanda gozeldi

[cavab]

pol Rahil47 12 Fev 2014 / 00:35
qebelelioqlan, boyu danisma qaqa

[cavab]

pol NARDARANLI 12 Fev 2014 / 01:52
Elin gozeli cirkini olmaz esas odu bizi oz qoynuna alib

[cavab]

pol *_Hecer_* 12 Fev 2014 / 11:18
Rahil47, twk

[cavab]

pol Rahil47 12 Fev 2014 / 17:58
*_Hecer_*, deymez cox.sagolun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1513 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az