..::Dünyanın tarixi::..

pol aze 11 Fev 2014 / 08:04
Gənc şahzadə taxta çıxan kimi
ölkəsini ədalətlə idarə etmək üçün
dünya tarixini öyrənmək istədi.
Odur ki, bütün məşhur alimləri
saraya topladı və: “Mənə dünyanın
tarixini yazın. Mən də oxuyub
ölkəmi ədalətlə idarə edim”, – dedi.
Aradan bir il, üç il, beş il, on il,
iyirmi il… keçdi, ancaq alimlərdən
hələ də səs-soraq yox idi. Şah
yenidən alimlərə xəbər göndərdi
və dünyanın tarixini soruşdu. Çox
keçməmiş alimlər 40 dəvə yükü
kitabla şahın hüzuruna gəldilər.
Şah kitablara baxdı və: “Mən 40
dəvə yükü kitabı oxuyub qurtara
bilmərəm. Yaxşısı budur, siz
bunları bir az azaldın”, – dedi. Yenə
aradan bir il, üç il, beş il, on il…
keçdi, ancaq alimlərdən bir səs-
soraq gəlmədi. Şah yenə alimlərə
xəbər göndərdi. Alimlər bu dəfə iki
dəvə yükü kitabla şahın hüzuruna
gəldilər. Şah yenə: “Mənim bu
qədər kitabı oxumağa vaxtım
çatmaz. Yaxşısı budur, siz bunları
da bir az azaldın”, – dedi. Yenə
aradan bir il, üç il, beş il… keçdi.
Artıq şah qocalmışdı. Ancaq yenə
də dünyanın tarixini öyrənmək
istəyirdi. Yenə alimlərə xəbər
göndərdi və dünyanın tarixini
soruşdu. Bu dəfə alimlər bir at
yükü kitabla şahın hüzuruna
gəldilər. Şah kitablara baxdı və:
“Yox, bunları da oxumağa vaxtım
çatmaz. Yaxşısı budur, siz bunları
da azaldın”, – dedi. Yenə aradan
bir il, üç il… keçdi. Şah ölüm
yatağına düşdü. Bu vaxt
alimlərdən biri qalın bir kitabla
şahın hüzuruna gəldi. Ancaq şahın
son nəfəsi idi. Odur ki: “Artıq bu
kitabı da oxumağa vaxtım yoxdur.
Heç olmasa, mənə dünyanın
tarixini bir cümlə ilə de, arzum
gözümdə qalmasın”, – dedi. Alim
şahın qulağına əyildi və dedi:
“Dünyanın tarixi budur:
doğuldular, yaşadılar və öldülər”…

[cavab]

pol zekow 11 Fev 2014 / 12:26
chox maraqli hekaye idi Allah razi olsun

[cavab]

pol TENHA_MEZAR 11 Fev 2014 / 13:56
super

[cavab]

pol Kapriz 11 Fev 2014 / 15:21
Yaxşıdı

[cavab]

pol aze 11 Fev 2014 / 23:41
zekow, Allah sene yar olsun

[cavab]

pol aze 11 Fev 2014 / 23:41
TENHA_MEZAR, Allah sene yar olsun

[cavab]

pol aze 11 Fev 2014 / 23:42
Kapriz, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.155 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az