ezraile mektub
ismet
6 Fev 2014 / 11:46
Nə olar Əzrayıl bir az sonra gəl
Hələ bu dünyadan alacağım var.
Əlimi alnıma qoyub dərindən
Hələ xeyli fikrə dalacağım var.
Ya Allah fərman ver mənim hifzimə,
Mizrabı vursam da hərdən səhv simə.
Mənə güc eyləyən bu kor nəfsimə
Bir şanlı qələbə çalacağım var.
Hopub arzulara, diləklərə mən,
Dolub könüllərə, ürəklərə mən,
Keç deyib yellərə, küləklərə mən,
Hələ bu yerlərdə qalacağım var.
Nə olar Əzrayıl, bir az sonra gəl,
Olma bu qurduğum plana əngəl,
Geciksə Yasinə pay olan əcəl
Mütləqa yadına salacağım var.
[cavab]
NARDARANLI
6 Fev 2014 / 11:59
Eladi
[cavab]
Bölmeye qayıt
0.1877 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az