Şanslısınızmı? (Test)

pol ilawka51 22 Okt 2012 / 01:37
Şanslısınızmı?

1. Uzun müddətdir səndən xoşu gələn bir tanışın səni təklikdə görüşə dəvət edir.Sən...
a) Razılaşırsan. Amma bir şərtlə:yaxşı vaxt keçirtmək üçün maraqlı nəsə hazırlasın
b) Vaxtın olmadığını deyib, üzr istəyirsən
c) Qəti olaraq "yox" deyirsən

2.Şənlikdə özündən razı iki qızın sənin geyimini ələ saldiğını görürsən.Sən...
a) Onların üzünə gülümsəyirsən:belə axmaqlara yazığım gəlir
b) Yanındakına onların eşidəcəkləri yüksək səslə zövqlərində problem olduğunu deyirsən
c) Özünü pis hiss edir və məclisi tez tərk etməyə çalışırsan

3.Səhhətindən həmişə narazısan?
a) Yox,səhhətimdən şikayətim yoxdur
b) Hərdən xəstələnirəm
c) Bəli. İlin 11 ayını qrip oluram.Bütün infeksiya xəstəlikləri ilə tanışam

4. Vacib görüşə hazırlaşırsan, vaxtın azdır. Evdən gec çıxırsan. Sənin görüşə vaxtında çatmağa şansın var?
a) Əlbəttə, əgər yolda bir problem çıxmasa. Həm o da gözləyə bilər.
b) 50-50yə. Əsas odur ki təşvişə düşməyim.
c) Əlbəttə yox, yəqin bu dəfə də tıxacda qalacam. Çox şanssızam.

5. Müdiriniz başqalarının yanında səni danlayır. Özünü necə hiss edərsən?
a) Təəccüblənərsən: Sən öz istedadına şübhə etmirsən.
b) Təkəbbürlü: Tərif necə də gözəldir.
c) Bikef: O mənə çoxlu iş yükləmək istəyir, ona görə də nə edəcəyini bilmir.

6. Əgər səndən uşaqlığınla bağlı hansısa bir hərəkətini xatırlamağını istəsələr, ilk olaraq hansı hadisə gözünün önündə canlanar?
a) Ailənlə birlikdə keçirtdiyin bayramlar və aldığın hədiyyələr
b) Məşğuliyyətin və hobbin
c) Etdiyin dəcəlliklər və danlağın

7. Şənlikdə bir oğlanı (və ya qızı) bəyənirsən. Rəfiqən də (dostun da) sənə ondan çox xoşu gəldiyini və onu ələ keçirtmək istədiyini deyir. Sən...
a) Onun sözlərinə əhəmiyyət vermirsən. Qoy oğlan (qız) özü kimi bəyənirsə, onu da seçsin.
b) Rəfiqənə (dostuna) oğlanı (qızı) çox bəyəndiyini və ciddi olduğunu deyirsən. Bəlkə o fikrindən daşındı.
c) Geri çəkilərsən. Əgər rəfiqən (dostun) cidddidirsə, mütləq istədiyinə nail olacaq.

8. Tez-tez intuisiyana görə hərəkət etməyə çalışırsan?
a) Bəli, belə hallar tez-tez olur.
b) Hərdən, əgər hadisədən çıxış yolu tapmıramsa.
c) Yox, düşünülməmiş hərəkət daha ciddi problemlərə yol aça bilər.

9. Dostların sənin hansı hərəkətini dəyərləndirir?
a) Yumor hissimin olmasını və optimistliyimi
b) Etibarlı, məsuliyyətli olmağımı
c) Diqqətcil və ehtiyatlı olmağımı

10. Hansı atalar sözü sənə daha yaxındır?
a) Əgər yüksəkliyə qalxmağı bacarırsansa, dərədə qalma.
b) Nağdı qoyub nisyə dalınca qaçma.
c) Gözün göydə olmasa ayağın çuxura düşməz.

Nəticə:

A - çoxdursa, çox şanslısan. Bütün işlərdə bəxtin gətirir. Bu həyata baxışından irəli gəlir. Xoşbəxtlik ulduzuna həmişə güvənirsən. Onları bir səhv kimi qiymətləndirir, təkrarlamamağa çalışırsan, amma bu o qədər də yaxşı xasiyyət deyil. Səhvləri başa düşmək onları analiz etməkdən yaxşıdır.

B - çoxdursa, sən şansa güvənməyə alışmamısan. Hadisələrə önəm verir, onlardan nəticə çıxarmağı bacarırsan. Səhvlərini qəbul etməyi xoşlamırsan. Vaxtını boşuna keçirtmək sənlik deyil. "Hər saniyə qızıldır" məsəli sənin devizindir. Sağlam düşüncən ilə fəxr edə bilərsən.

C - çoxdursa, heç bir işdə şansın gətirmir. Bəlkə bu sənin başqalarına və özünə inamsızlığından irəli gəlir. Risk etməyi sevmirsən. Yəqin ki şans nə vaxtsa sənin də üzünə gülüb. Amma buna fikir verməmisən. Unutma ki, öz uğuruna inanan qalib gəlir.

Bəs siz nece, Şanslısınızmı???
men oxumadim siz oxuyun:)))

[cavab]

pol Bluffmaster 22 Okt 2012 / 02:13
ilawka51, sen bu movzulari hardan tapirsan sinyorita?

[cavab]

pol FoReVeR-GS 22 Okt 2012 / 02:48
7B. 3A

[cavab]

pol Wahru 22 Okt 2012 / 23:47
4a,4c 2b

[cavab]

pol ilawka51 23 Okt 2012 / 01:15
Bluffmaster,googleden

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1577 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az