RuHuMuN Şəklini Çəkmək istəyirəm....

pol Ayla 4 Fev 2014 / 23:46
Rəngli karandaşlarım olsun istəyirəm. Bir də böyük ağ kağız. Ruhumun şəklini çəkmək istəyirəm.Hisslərimin,duyğularımın.
Uca dağ şəkli çəkmək istəyirəm.Qürurum qədər uca. Başında ağ qar təsvir edəcəm. Qürurumun verdiyi soyuqluq olsun qoy. Amma dağın arxasında yeni doğacaq bir günəş təsvir etmək istəyirəm. Yeni doğulan bir ümid. Bəlkə bir gün parlayar da qarları ərdidər ümidi. Dağlardan mənbəsi olan... çay şəklini çəkəcəm. Göz yaşlarım olsun. Axsın aparsın kədərlərimi,səvlərimi,günahlarımı.Mənsəbi bilinməyən bir çay. Sonra böyük bir ev çəkmək istəyirəm. Ürəyim qədər geniş. Pəncərələri çox olsa da qapısı tək olacaq. Axı girən hər hiss eyni pəncərədən baxılmır. Amma hər pəncərənin önünə bir gül dəstəsi qoyacam.Ən sevdiyim güllərdən. Ən gözəl qoxusu olan Baxılan hər mənzərə xoş olsun deyə. Bir masa təsvir etmək istəyirəm. Çox sadə bir masa. Hər başında iki stul. Tək qalmağa cəsarətlənib də tənha qalmaqdan qorxduğumdan iki nəfərlik çəkəcəm. Birində mən olacam o birində. Kim olduğunu bilmədən təsvir etdiyim O. Çəmənliyin üzərində bir uşaq təsvir dəcəm. Saflığımı verəcəm ona. Oyuncaqları ilə başı oynamağa qarışan amma oynadıqlarının mahiyyətini anlamayan balaca uşaq. Çox zaman özünün oyuncaq olduğunu unudan saflıq. Lazım deyil kimsə oynatsın vacibdir ki elə o oyuncaqlarının oyuncağıdır. Narın-narın yağan yağış təsvir etmək istəyirəm. Hansı həyat tam xoşbəxtdir? Hansı həyat tam günəşli?Qoy bir az da yağış yağsın. Amma səmanı mas mavi təsvir edəcəm.Üzərində bir neçə bulud.Qoy onlar da arzularım olsun. Gecə qaranlığını təsvir etmək istəmirəm. Qoy gündüzlər rəngli-rəngli ulduzlar səmaya düzülsün.Karandaş ki mənim əlimdədir. Bu ulduzlar da xəyallarım olsun. Rənbərəng. Şəkilin içində bir şəkil çəkmək istəyirəm. Elə bir şəkil ki,içində hamıda olan amma heç kimdə eyni yaşanmayan bir şey olsun. İçində nəğmə olsun, şeir olsun,uşaq qığıltısı olsun, gülüş olsun, hıçqırıq səsləri olsun, səbəb olsun. Elə bir səbəb ki, bu rəsmin adı olsun. Sadəcə kiçik bir hissə. İçində sevgimiz olsun. Bu rəsmi tamamlamaq üçün əlimdən tutan bir əl olsun. Sən ol içində bir də mən. “Rəsmimə” açılan xoş qapılar olsun...

[cavab]

pol _ATALANT_ 4 Fev 2014 / 23:49
Elaaaaaaaaaaaaaaaaaa!

[cavab]

pol magaza 4 Fev 2014 / 23:50
Enskalapediya di ki.
Ela ela

[cavab]

pol *_FaVoRiTe_* 5 Fev 2014 / 00:13
Superdi

[cavab]

pol Rahil47 5 Fev 2014 / 00:22
cox gozel.qisaca ela.ellerin yorulmasin

[cavab]

pol ismet 5 Fev 2014 / 00:54
Ayla, bunu hardan kocurmusen

[cavab]

pol NePraV_HeYaT 5 Fev 2014 / 00:56
ozuvu niye bu qeder yorursan.onnansa telnen cekde:)

[cavab]

pol NARDARANLI 5 Fev 2014 / 01:21
Pis deyil

[cavab]

pol (=LoVe=) 5 Fev 2014 / 02:55
Bir sozle mohtewem :) tewekkur Ayla

[cavab]

pol Ayla 6 Fev 2014 / 06:00
coox sagolun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1883 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az