Hesretde qoyan bulbuli guluzare menem
Gizir
4 Fev 2014 / 23:22
Dedim:-Eşqində ,nigarım, qalan
avarə mənəm,
Dedi:-Aşiqlərin etmiş gününü
qarə, mənəm.
Dedim:-Aldı canımı, gözlərinin
qəsdi nədir?
Dedi:-Cəllad baxışlı, gözü
xunxarə mənəm.
Dedim:-İnsafa gəlib, barı məni
yad eylə,
Dedi:-Məhrəm qılan öz kuyini
əğyarə mənəm.
Dedim:-İzn et dolanım, şəmi-
rüxun başına mən,
Dedi:-Pərvanələ ri yandıran
odlarə mənəm.
Dedim:-Hüsnun dəlisi dəhridə
tək mən deyiləm,
Dedi:-Məftun edən eşq əhlini,
məhparə mənəm.
Dedim:-Axır nə üçündür bu
qədər işvəvü naz,
Dedi:-Vaqif deməsin kimsə bu
əsrarə, mənəm.
Dedim:-Ariz vurulub gül üzünə
bülbül tək,
Dedi:-Həsrətdə qoyan bülbüli
gülzarə, mənəm..
[cavab]
Bölmeye qayıt