Ömrünü dolu-dolu yaşa

pol ilawka51 22 Okt 2012 / 01:11
Nəvə babasından maraqla
soruşur:
-Baba! Bir insanın ömür nə
qədərdi?

Baba şirin bir gülümsəmə ilə:
-Əzanla namaz arası qədər balam.

' deyincə nəvə:
-Necə yəni, ömür bu qədər
qısadı? ' deyir.

Baba:
-Bəli balam. Ömür namazsız
əzanla, Əzansız namaz arası
qədərdir. ' deyə cavab verir.

Nəvə yenə soruşur:
-Namazsız əzan və Əzansız namaz
sözləri ilə nə nəzərdə tutduğunu
anlamadım baba. Bu nə
deməkdir?

Baba şəfqətlə əllərindən tutduğu
nəvəsinə:
-Bax balam, o günləri
qonşumuzun uşağı oldu. O
uşağın qulağına əzan oxundu ha.
Bax, o əzanın namazı qılındı ?
-Qılınmadı.

O əzan 'namazsız əzan'dı. İnsan
öldüyü zaman qılınan cənazə
namazının da əzanı yoxdur. O da
'Əzansız Namazdır. Əslində o
namazın əzanı insan doğulanda
oxunmuşdu qulağına. «Bax ey
insan! Doğuldun, amma
öləcəksən, ömür tez bitir, həyatını
yaxşı dəyərləndir. Boşa vaxt
xərcləmə!» Xəbərdarlığını edirdi o azan.

Elə ona görə də mənim şirin
nəvəm:
Ömür: Əzanla namaz arası
qədərdir.
Əsla boşa keçirmə.
Ömrünü dolu-dolu yaşa, bir nəfəs belə boşluq buraxma!

[cavab]

pol prototype193 22 Okt 2012 / 01:22
super

[cavab]

pol ilawka51 22 Okt 2012 / 01:30
prototype193,tewekkur

[cavab]

pol Bluffmaster 22 Okt 2012 / 01:31
no comment... nice... like

[cavab]

pol Huseyn229 22 Okt 2012 / 01:38
like ela idi<3

[cavab]

pol ilawka51 22 Okt 2012 / 01:39
teşekkur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1544 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az