..::Qurani Kərimdə zeytun, xurma və üzümün adı xüsusilə qeyd edilir??::..

pol aze 3 Fev 2014 / 07:51
Nəhl surəsinin 11-ci ayəsində
buyurulur:... .
Sizin üçün əkin, zeytun, xurma,
üzüm və bütün meyvələrdən
yetişdirir.
Nə üçün ayədə zeytun, xurma və
üzümün adı xüsusilə çəkilir?
Bəziləri həmin dövrdə Ərəbistanda
bu meyvələrin geniş yayıldığını
səbəb göstərirlər. Lakin Quran
hökmləri zaman və məkanla
məhdudlaşmadığı üçün həmin
fikir qəbul edilə bilməz.
Həyatını bağçılığa sərf etmiş
böyük alimlərin fikrincə, meyvələr
arasında bu 3 meyvə qədər
qidalısı yoxdur. İnsan orqanizmi
üçün zeytun yağı qədər faydalı
ikinci bir yağ məlum deyil. Bu yağ
orqanizmin enerji ehtiyaclarının
ödənilməsində olduqca mühüm rol
oynayır. Əksər yüksək kalorili
yağlar çətin həzm olunursa,
zeytun yağı həzm prosesinə
kömək edir. Həzrət Əli (ə) buyurur:
Zeytun yaxşı qidadır. Ağızda xoş
qoxu yaradır, bəlğəmi aparır, üzə
təravət verir, əsəb sistemini
gücləndirir,q əzəb alovunu
söndürür. Bütün bu
əhəmiyyətlərinə görə, Quranda
zeytun mübarək ağac adlandırılır.
Ayədə zikr olunmuş ikinci meyvə -
xurmanın tərkibi, kalsium və
fosforla zəngindir. Kalsium
sümükləri möhkəmləndirir, fosfor
beyinin fəaliyyətini tənzimləyir.
Xurma əsəb yorğunluğunu aradan
qaldırır, görmə qabiliyyətini
artırır.Son dövrdə aparılan
araşdırmalara əsasən, xurmanın
çox yeyildiyi məntəqələrdə
xərçəng xəstəliyinə az təsadüf
olunur.
Üzümü təbii əczaxana
adlandırırlar. Xüsusiyyətlərin ə
görə ana südünə oxşar olan ətdən
iki dəfə çox bədənin hərarətini
artırır. Üzüm zəhəri təsirsizləşdiri
r, qanı saflaşdırır, revmatizmi
aradan qaldırır və güclü
mikroböldürücü təsir göstərir.
Həzrət Peyğəmbər (s.a.v) buyurur:
Sizin üçün ən yaxşı təam çörək, ən
yaxşı meyvə isə üzümdür.

[cavab]

pol zekow 3 Fev 2014 / 15:34
Allah razi olsun maraqli movzudu

[cavab]

pol Yadimdadir 3 Fev 2014 / 18:24

[cavab]

pol aze 3 Fev 2014 / 20:42
zekow, Allah sene yar olsun

[cavab]

pol aze 3 Fev 2014 / 20:42
Yadimdadir, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1552 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az