Bilmirəm nədir sevgi ...

pol (=LoVe=) 1 Fev 2014 / 03:08
Sevgi!!! 5 hərfli sözdür... Amma uğruna canlar verirlər, dağlar, dərələr aşırlar! Hər cür məşəqqətlərə dözürlər! Nədir sevgi??? Əllə tutulmur, gözlə görünmür, bunu hiss edən yeganə varlıq qəlbdir! Gözlərdə başlar ilk sevgi, ilk baxış, ilk görüş. Başındakı tükdən ayağındakı dırnağa qədər titrəyişidir sevgi!!! Qəlbinin sürətlə vurması, dilinin isə ona inad susmasıdır! İçində tufanın qopması, vulkanın püskürməsi, üzündə isə sadəcə məsum bir ifadədir sevgi! Gözlərdə başlanan qığılcımın sinələrdə tutuşdurduğu kiçik bir alov, sonra isə böyük bir tonqaldır sevgi! Həm yandıran, həm də canlandırandır. Bəzən gözdən axan 2 damla yaşdır, istək və həsrət dolu! Bəzən dodaqdan çıxan 2 kəlmə söz, bəzən əlindəki siqaretdə közdür: sən əlindəkini, o da səni bitirir!!! Hər gecə yatağına uzandığında qurduğun xəyallardı, yaşatdığın ümidlər, etdiyin dualardı!!! Hərdən uğrunda ölmək, hərdən uğrunda yaşamaqdır. İstidə donmaq, soyuqda isə yanmaqdır. Hər an onunla yaşamaq, onsuz olsan belə onunla olmağı sevməkdir! Sevgi 5 hərfə bütün dünyanı sığdırmaqdır, günəşi bir əlində, ayı bir ovucunda tutmaqdır! Sevgi: qəlbinə yalnız onun möhürünü vurmaqdır. Gözlərinə dağ basıb, ondan başqasına kor olmaqdır sevgi! Baxdığın hər yerdə onu görmək, qulaq verdiyin hər səsdə onu dinləməkdir. Könlü xoş olsun deyə onun üçün gülmək, içində sakit-sakit inləməkdir! Baxışlarınla "səni sevirəm" deyə bilməkdir. Kömür kimi közərsəndə, hirsini boğub, sakitcə sönməkdir! Köksündə bir ürək kimi döyünməkdir sevgi! Sevgi laldır! Sevgi səssizdir! Sevgi həm damladır, həm də dənizdir! Bilmirəm, nədir sevgi. Amma bildiyim odur ki, sevgi həm səninlə, həm də sənsizdir. Qəlbimdə qoyduğun bir izdir! Sevgi sadəcə bizə aid olan və heç bir riyazi məntiqə uymayan 1+1=1 həllidir. Dəyişməzdir! Bilmirəm nədir sevgi. Bircə onu bilirəm ki, sevgi sənsən... sevgi mənəm... və sevgi bizdir...

[cavab]

pol Ayla 1 Fev 2014 / 03:12
vauu)) bariwmisan sen?

[cavab]

pol (=LoVe=) 1 Fev 2014 / 03:14
Ayla, yo :/

[cavab]

pol HuRReM_SuLTaN 1 Fev 2014 / 03:16
tek kelmeyle SUPER

[cavab]

pol Ayla 1 Fev 2014 / 03:22
(=LoVe=), heledee??

[cavab]

pol (=LoVe=) 1 Fev 2014 / 03:28
Ayla, :/

[cavab]

pol (Ti_Je_Ne_Baby) 1 Fev 2014 / 04:07
Super. Nizami :)

[cavab]

pol **Memo** 1 Fev 2014 / 13:10
supermiw

[cavab]

pol Selen 1 Fev 2014 / 17:48

[cavab]

pol (=LoVe=) 1 Fev 2014 / 18:18
Twkler :)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1617 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az