Qemlidir
Ilham
21 Okt 2012 / 20:19
Rauf səhər işə getməyə hazırlaşırdı. Maşını
qarajdan çıxardarkən qızını, Sona yolla
gedən gördü. Əynində gözəl bir don, əlində
isə bir məktub var idi.
-- Hara gedirsən?
-- Mən...mən....ata, mən poçta gedirəm.
-- Niyə?
-- Bu məktubu göndərməliyəm
-- Ver mənə mən göndərərəm sənin üçün
Bir an balaca qız çəkindi amma axır ki,
məktubu atasına uzatdı. Atası qoydu
maşının qabaq oturacağına, qızına əl elədi
və yola düşdü.
İşdə oturarkən məktub Raufun gözünə
dəydi. Üstündəki ünvanı oxudu:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu.
Əziz Allah baba,
Bu mənim sənə birinci məktubumdu. Anam
həmişə deyirdi ki, sən uşaqları sevirsən və
onların dualarını tez eşidirsən. Mənim anam
7ci ad günümdən 3 gün sonra vəfat etdi.
Ona kimi həmişə xoşbəxt idim, amma indi
çooox qəmliyəm. Atam həmişə mənimlə
oynayardı, mənə kitab oxuyardı, amma indi
heç mənimlə danışmır. Səhər tezdən işə
gedir, axşam isə mən yatandan sonra
qayıdır. Xalam deyir ki, artıq içməyə də
başlayıb.
Xahiş edirəm Allah baba, mənim anamı
qaytar. Onsuz bu evdə yaşamaq istəmirəm.
Hər gün məktəbə gedəndə sinif
yoldaşlarımın analarını görürəm və məni
ağlamaq tutur. Nə olar Allah baba, anamı
qaytar. Əgər o artıq mələkdirsə və onu
qaytara bilmirsənsə onda məni də götür
apar. Anamı necə apardın məni də elə apar.
Mən yaxşı qızam. Anamdan soruş deyəcək.
Həmişə dərslərimi edirəm və otağımı
yığışdırıram. Söz verirəm ki, sənə heç bir
narahatçılıq törətməyəcəm. Səni gözləyəcəm!
Səni sevən, Sona..
Rauf məktubu bir yox üç dəfə oxudu. Bir az
sonra, vəfat etmiş həyat yoldaşı ilə ilk dəfə
tanış olduğu yerə getdi. Orda böyük bir ağac
var idi. Ağaca baxa baxa bir neçə saat
qızının yazdığı barədə fikirləşdi. Həm özünə
həm də həyat yoldaşına söz verdi ki,
dəyişəcək.
Altı Ay Sonra:
Sona artıq yerində yatmışdı. Rauf onu
yuxudan oyatmaq istəyəndə çarpayının
yanında bir məktub gördü. Ünvanı belə idi:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu:
Əziz Allah Baba,
Bu sənə ikinci məktubumdu. Bilirəm ki
birinci məktubumu almısan. Sənə
təşəkkürümü bildirmək istəyirəm. Düzdü
anamı mənə qaytarmadım, məni götürüb
aparmadın, amma atamı dəyişdin.
Bilirsən Allah baba, mən indi onun otağında
yatıram. Gecələr mənə nağıllar oxuyur,
mənimlə danışır, gülür, və hər səhər
üzgüçülüyə gedirik. Axşamlar isə, maşınla
şəhəri gəzirik. Daha içki içmir. İstəyirsən
xalamdan soruşarsan. Bilmirəm sənə necə
təşəkkür edim, Allah baba, çox sağ ol!
Səni Sevən, Sona.
[cavab]
qara*meley
21 Okt 2012 / 20:20
tekrardi mence
[cavab]
YeTiM
21 Okt 2012 / 20:28
Emicani qeti qorxusu yoxdu.Uzaqi movzunu baqlayacaqlar :))
[cavab]
Bluffmaster
21 Okt 2012 / 21:56
men birinci defedi oxudum...like
[cavab]
0559262206
21 Okt 2012 / 22:41
qara*meley,bu boyda eziyyet cekib yazib niye ele diyirsen?
[cavab]
qara*meley
21 Okt 2012 / 23:45
men ne dedim axi? Superdi eslinde. Yazara tşk. Yeniden oxumaq xoş idi
[cavab]
Bölmeye qayıt
0.1563 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az