..::AYIN PARÇALANMASI::..

pol aze 30 Yan 2014 / 06:21
AYIN PARÇALANMASI.. (Oxuyaq və
paylaşaq İnşAllah)
Zilhiccə ayının 14-cü gecəsi idi.
Müşriklərin on dörd nəfər, Həzrətin
hüzuruna gəlib ona dedilər: Bütün
peyğəmbərlərin öz peyğəmbərliyi
üçün nişanələri vardır. Bu gecədə
sənin peyğəmbərliyini n nişaşəsi
nədir? Peyğəmbər(s) buyurdu: Nə
nişanə istəyirsiniz? Müşriklər
dedilər: Əgər Allah yanında sənin
üçün bir dərəcə və rütbə vardırsa,
aya göstəriş ver, iki yerə
bölünsün.
Cəbrail(ə) Allah tərəfindən gəlib
dedi: «Ey Mühəmməd! Allah –Təala
sənə salam çatdırıb, buyurur: Mən
bütün əşya və varlığa, səndən
itaət etməyə əmr vermişəm.»
Həzrət Peyğəmbər(s) başını göyə
qaldırıb, aya göstəriş verdi ki, iki
yerə bölünsün. Ay iki yerə
parçalandı. Peyğəmbər(s) şükr
səcdəsi edib, orada olanlara
buyurdu: Ey filankəs! Görün və
şahid olun! Bu zaman müşriklər
dedilər: Ayın hər iki parçası bir-
birinə birləşib, birinci halına
qayıtsın. Peyğəmbər(s) əmr etdi
və ay birinci halına qayıtdı.
Müşriklər bu aydın möcüzəni
görüb dedilər: Ya Mühəmməd! Biz
Şam və Yəməndən qayıdan
müsafirlərimizd ən sual edəcəyik
ki, bu gecədə nə müşahidə ediblər.
Əgər biz gördüyümüzü onlar da
görsə, bunun İlahi bir möcüzə
olmasını başa düşəcəyik. Amma
belə bir şey müşahidə etməsələr,
başa düşəcəyik ki, bizi
sehrləmisən.
Müsafirlər gəlib, şəhadət verdilər.
Bu zamanda «Qəmər» surəsi nazil
oldu. Bu surənin birinci ayəsi, ayın
iki yerə bölünməsinə işarə edir.
(Məcməul-Bəyan, 9-cu cild,
səh.186.)

[cavab]

pol _LEBBEYK_ 30 Yan 2014 / 06:29
Allah ecrin versun

[cavab]

pol aze 30 Yan 2014 / 06:51
_LEBBEYK_, Allah razı olsun

[cavab]

pol zekow 30 Yan 2014 / 16:46
Allah razi olsun chox gozel movzudu

[cavab]

pol TENHA_MEZAR 30 Yan 2014 / 18:44
ALLAH razi olsun

[cavab]

pol aze 30 Yan 2014 / 21:09
zekow, Allah sene yar olsun

[cavab]

pol aze 30 Yan 2014 / 21:09
TENHA_MEZAR, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2448 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az