+Biabirci gunde olan kanallarimiz+

pol Nurlanichka 21 Okt 2012 / 19:08
Milli Televiziya və Radio Şurası və
Azərbaycan Milli Elmlər
Akademiyasının mütəxəssisləri
tərəfindən teleradio yayımçılarıyla
bağlı ədəbi dil normalarına riayət
edilməsi sahəsində cari ilin
avqust-sentyabr aylarında
monitorinqlər aparılıb.
Monitorinqləri AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunun elmi
işçiləri Natavan Abbasova və
Aytən Hüseynova aparıb.
Monitorinq əsasən ANS, ATV,
Lider TV, SPACE TV, Xəzər TV
kanallarında aparılıb və bu
müşahidələr 3 sahəni əhatə edib.
Fonetik səhvlər-orfoqrafik,
orfoepik qaydaların pozulması,
vurğuların düzgün qoyulmaması
və müxtəlif ləhcələrin istifadəsi
əsas diqqət mərkəzində olub.
Müşahidələr nəticəsində müxtəlif
qrammatik səhvlər - cümlələrdə
söz sırasının, qrammatik
qaydaların pozulması halları qeydə
alınıb. Leksikoloji səhvlərə
gəldikdəsə, daha çox xarici
mənşəli sözlərin işlədilməsi halları
qeydə alınıb. Xüsusilə qeyd edilib
ki, aparılan monitorinq zamanı,
informasiya verilişləri, musiqili-
əyləncəli verilişlər, şou, tok-şou
və dublyajlar izlənilib, səhvlər
qeydə alınıb.
Beləliklə, “Xəzər” telekanalının
"Xəbərlər” informasiya
proqramının yayımı zamanı
kifayət qədər orfoqrafik səhv
aşkar edilib. Bunların bəziləri
texniki səhvlərdir. Lakin bəzi
səhvlər televiziyada Azərbaycan
dilinin orfoqrafik qaydalarına
riayət edilməməsi barədə
təəssürat yaradıb. Ən çox durğu
işarələrinin düzgün qoyulmaması,
sözlərin düzgün yazılmaması
hallarına rast gəlinib. Qeyd edilib
ki, qüsurlardan biri də aparıcının
ləhcə ilə danışmasıdır. Ona görə
də, aparıcılar öz tələffüzlərini
daha yaxşı, nitqlərini daha səlis və
başa düşülən etmək üçün
qrammatik və leksik normalara
riayət etməlidirlər. Xüsusilə də,
bəzi misallardan görmək olar ki,
xəbər proqramlarında da bu
səhvlər kifayət qədərdir və bu da
yolverilməzdir.

[cavab]

pol Nurlanichka 21 Okt 2012 / 19:10
Lider TV-nin xəbərlər-
informasiya verilişlərinin dili
demək olar ki, qənaətbəxş hesab
edilə bilər. Amma şou
verilişlərinin və əyləncə
proqramlarının dili heç də
ürəkaçan deyil. Aparıcılar öz
russayağı tələffüz və çoxlu
miqdarda xarici, xüsusilə də, rus
mənşəli sözlərin istifadəsi ilə
diqqəti çəkirlər. Aparılan
müşahidələr onu göstərir ki, bu
kanalın əyləncə proqramlarının
aparıcıları bəzən efirdə olduqlarını
unudaraq vulqar danışığa keçirlər.
Bu cür misalları təəssüflər olsun
ki, çox çəkmək olar. Belə hallar
və belə danışıq efirdə
yolverilməzdir. Efirdə əsasən
xarici sözlərdən də istifadə edilir.
Əslində, bütün bu xarici sözlərin
Azərbaycan dilində tərcüməsi var.
Bu telekanalda daha çox rus,
bəzən ingilis və türk mənşəli
sözlərdən istifadə olunur.

[cavab]

pol Nurlanichka 21 Okt 2012 / 19:11
SPACE telekanalının aparıcıları
dilimizin normalarına kifayət
qədər riayət etsələr də, bəzi
istisnalar olur. Bu istisnalar da
əsasən fonetik, qrammatik və
əlbəttə ki, leksik normaların
pozulması ilə özünü göstərir.
Qeyd edilib ki, burada sözlərin
xüsusi ləhcə ilə deyilməsinə daha
çox rast gəlinir. Bu zaman çox
sayda burun səsləri ( Azərbaycan
dilində bu yoxdur. Lakin
ləhcələrdə var ), sözlərin başqa
cür tələffüzü, səs düşümü və rus
dilində işlənməsi halları baş verir.

[cavab]

pol selim 21 Okt 2012 / 19:12
hec oxumadim ama menasiz movzudu sorry xettrine deymesun

[cavab]

pol Nurlanichka 21 Okt 2012 / 19:13
ANS telekanalının aparıcıları fərqli
danışıq tərzi ilə seçilir. Diqqət
çəkən məqam daima rus ləhcəsi
və müxtəlif bölgələrin
ləhcələrindən istifadə edilməsidir.
Düzdür, informasiya verilişlərinin
dili qənaətbəxş olsa da, diqqət
ediləsi məqamlar da var. Bundan
başqa, ANS TV-də müxtəlif
əyləncə verilişlərində xarici və
loru sözlərin işlənməsi hallarına
da rast gəlmək olar. Bunlar daha
çox rus, türk sözləridir.
ATV-nin informasiya verilişlərinin
aparıcılarının dili qənaətbəxşdir.
Sözlər düzgün tələffüz olunur,
xarici sözlər işlənmir, cümlələr
aydın və səlisdir. Lakin əyləncə
verilişlərinin aparıcıları öz rus və
türk ləhcələri ilə, bol-bol xarici
mənşəli sözlər işlətmələri ilə
seçilirlər.
Telekanallarda dublyajlarla bağlı
aparılan müşahidələr onu göstərib
ki, dublyajlar qənaətbəxş hesab
edilə bilər. Lakin bəzən hərfi
tərcümə edilir. Halbuki
Azərbaycan dilində elə ifadələr
yoxdur. Bu zaman dilimizə yad və
çətin başa düşülən sözlər ortaya
çıxır.
Qeyd edək ki, telekanallarla bağlı
vurğulanan qüsurların hansı
proqramlarda və nə vaxt olduğu
göstərilib

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1456 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az