HAMİ OXUSUN VE PAYLAŞSİN COX VACİBDİ
NARDARANLI
27 Yan 2014 / 20:29
Şəhid Sеyid Muhəmməd Sadiq Sədrinin çıxışından
bir parça:
* - Amerikanın son illər ,daha doğrusu 10 ildə
yaratdığı faktı təsdiqləyən kifayət qədər məlumat
var. "Gizli Müdaxilə Qüvvələri" adlandırılan bu
qoşunlar Mehdinin (ə.f) zühurunu qabaqcadan
hiss etdikləri üçündür. Başqa bir şey üçün deyil!
Bu səbəbdən Körfəz Müharibəsi baş verdi. Qeyd
edin! ONLAR MEHDİNİN (Ə.F) ZÜHURUNU
QABAQLAMAQ ÜÇÜN KÖRFƏZ ƏTRAFI ƏRAZİLƏRƏ
ÖZ ORDULARINI DOLDURA BİLƏRLƏR. Heç bir
şübhə yoxdur ki, Mehdi (ə.f) ilə bağlı Amerikanın
Pentaqonda geniş sənədləri var. Amerika Mehdini
(ə.f) ələ keçirə biləcək bütün növ məlumatlara
malikdir. Onlar deyirlər ki bu sənəddə yalnız onun
şəkli yoxdu. Təbii ki, orada ola bilməz. Heç bir
şübhə yoxdur ki, Siyahi Analiz Komputerlərində
İmam Mehdinin (ə.f) zühurunu izləyirlər. Sosial
dəyişikliyin ən vacib mümkünlüyü müsəlman
şərqini əhatə edə bilər. Əlbəttə, bütün bu şeylər
bu vəziyyətdə qaranlıqdır. Beləliklə, ilahi hikmətlə
Mehdinin (ə.f) zühur vaxtı gizlədilib. Mehdinin
(ə.f) zühuru bilinməyən bir sirr ilə ALLAH
tərəfindən saxlanılır.*(90-cı illərin sonları)
Seyid Əl Sədrin (r.ə) öldürülmədən (şəhid
olmadan) öncə nitqinə gələk. Bu bir
xəbərdarlıqdır. Daha doğrusu deyə bilərəm ki, bu
bir neçə ildən sonra Amerikanın İraq işğalı
haqqında qabaqcadan xəbər idi. Nitqində o açıq
şəkildə Amerikanın İraqa hücum etməsini və İraqı
işğal etməsinin əsl səbəbini bildirir. Səbəb hər
hansı kütləvi qırğın silahi, ya da nüvə silahını
zərərləşdirmək deyil, İraqda demokratiya və
azadlığı yaymaq deyil, Hz.Mehdinin (ə.f)
zühurundan öncə yaxın şərqi ələ keçirməkdir!!! Bu
çıxış 90-cı illərin sonunda olmuşdur ki, 1999-cu il
19 Fevralda isə artıq Seyyidi şəhid etdilər. Hal
hazırda gördüyünüz kimi yaxın şərqdə demək olar
bütün müsəlman ölkələri sionist Amerikanın
tabeçiliyi altındadır, yalnız 3 ölkə müstəqil idarə
edilir: Livan, Suriya və İran, bunlardan da artıq
Suriyada Amerika fitnəni sala bilib ki, hal hazırda
orada müharibə gedir, Livana da və İrana da
dünya hər cür adla təzyiq və sankisiya edir. Budur
həqiqət! Biz gündə fərəc düasını oxuyuruq, amma
Ağanı (ə.f) tanımayıb və onun yolunu qəlbən
gözləmirik, amma düşmənlərimiz Onu (ə.f) bizdən
yaxşı tanıyır və qorxur, ona görə hər cür yolla
Ağanın zühurundan əvvəl hər şeyi öz əllərinə
keçirmək istəyirlər! Amma Allahın son Höccətinin
(ə.f) qabağında heç kəs dayana bilməyəcək!
Az qalıb Müsəlmanlar...
[cavab]
aze
27 Yan 2014 / 21:14
Bunun videosuna baxmışam
[cavab]
_LEBBEYK_
27 Yan 2014 / 22:33
namazov, Admini aldatdin amma Mebuduni aldada bilmezsen
Allahdan qorx
[cavab]
Bölmeye qayıt